Göygöl rayonunda milli-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən ardıcıl layihələr öz bəhrəsini verməkdədir.

Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun mədəni irsə və milli dəyərlərə göstərdiyi diqqət nəticəsində rayonda keçirilən tədbirlər zəngin tarixi-mədəni irsimizin yaşadılmasına mühüm töhfə verir.Bu qəbildən olan növbəti tədbir – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsinin yekun mərhələsi oldu.
Tədbirdə çıxış edən Vüqar Novruzov vurğulayıb ki, Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının milli kimliyinin, mənəvi dəyərlərinin və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Aşıq Ələsgərin irsi dövlət səviyyəsində yüksək ehtiramla qorunur və təbliğ edilir.
Tədbirdə çıxış edən ziyalılar Aşıq Ələsgərin zəngin irsinin tədqiqi və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrin milli-mədəni irsimizin yaşadılmasına böyük xidmət göstərdiyini qeyd ediblər.
Yekunda tanınmış aşıqların ifasında Aşıq Ələsgərin sözlərinə bəstələnmiş el havaları və klassik aşıq sənəti nümunələri təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Göygöldə keçirilən bu mötəbər tədbir bir daha göstərdi ki, Vüqar Novruzovun rəhbərliyi ilə rayonda milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlər ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu cür təşəbbüslər həm Azərbaycan aşıq sənətinin inkişafına, həm də Qərbi Azərbaycan mədəni irsinin yaşadılmasına mühüm töhfə verir.

Abbas Əli oğlu Bağırov (GÖYÇƏGÖL)
Tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru,Həkim provizor

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930