NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb
ABŞ-nin Miçiqan ştatında F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, pilot katapult edərək xilas olub və xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri hələlik məlum deyil.