Xəbərlər
17.09.2026, 22:44
Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Dilin elə billəm bal pətəyidir,
Qız,ayıq-sayıq ol, arı sancmasın.
Mələk təbəssümdən pay elə mənə,
Açsın ürəyimin qoy hisin-pasın.
Gözlərin aynadır gözəlliklərə,
Qaşın gecələri aydınladan ay.
Gözəl,əllərimi əllərinə sıx,
Ömrümün sonuncu gününədək say.
Hər səni görəndə tapıram hüzur,
Kim olar,o anda mənim qədər şən?
Mənə sevdiyini deyəndə, gülüm!
Sanıram dünyanın xoşbəxti mənəm.
Qopar bu inadı,at ürəyindən,
Götür ayrılığın daşını tulla.
Mənə sənə ömrümü pay eləmişəm,
Ölməzsən,nolar ki,bir salam yolla.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

