Zaman axıb gedir, təqvimlər dəyişir, insan ömrünün səhifələri bir-bir vərəqlənir. Lakin bu həyatda elə dəyərlər var ki, illər də, məsafələr də onlara təsir edə bilmir. Belə tükənməz dəyərlərdən biri də təməli tələbəlik illərində qoyulan, saf və səmimi dostluqdur. Bu gün haqqında bəhs etmək istədiyimiz insan – tanınmış qələm sahibi, vəfalı dost və dəyərli ziyalı Hüseyn İsaoğludur. Oktyabr ayının 16-da onun ömrünün müdriklik zirvəsi sayılan 65 illik yubileyi tamam olur.

Bu əlamətdar gün, keçmişə boylanmaq və illərin sınağından keçən bir dostluq hekayəsini vərəqləmək üçün gözəl bir vəsilədir.
Hüseyn müəllimlə tale yollarımızın kəsişməsi uzaq 1983-cü ilin avqust ayına təsadüf edir. Ali məktəbə qəbul imtahanlarını uğurla başa vurub, qəlbimizdə böyük ümidlərlə tələbə adını qazanmışdıq. O vaxt dörd qrupdan ibarət böyük bir axın idik. Tale elə gətirdi ki, Hüseyn müəllimlə eyni axına düşdük; o birinci, mən isə ikinci qrupda təhsil alırdım. 1983-1988-ci illəri əhatə edən o unudulmaz beş illik tələbəlik dövrü bizi sadəcə qrup yoldaşı etmədi, həm də bir-birimizə ən yaxın dost, doğma qardaş etdi.

Ali məktəbi bitirdikdən sonra isə həyat hərəmizi bir səmtə sovurdu. Azərbaycanın çətin, ağrılı günləri başlayırdı. Erməni separatçılarının torpaqlarımıza təcavüzü, ölkədə yaranan qarışıqlıq bizim də əlaqələrimizin uzun müddət kəsilməsinə səbəb oldu. Mən Biləsuvar rayonunun İsmətli kəndində müəllimlik fəaliyyətinə başlamışdım. Bakıya hər yolum düşəndə tələbəlik illərində onun kirayə qaldığı evə baş çəkir, dostumu axtarırdım. Lakin zaman dəyişmişdi, Hüseyn müəllim artıq ailə qurmuş və başqa yerə köçmüşdü. Beləcə, aradan uzun, tam 15-18 illik bir ayrılıq zamanı keçdi.
Lakin həqiqi dostların qəlbi bir vurduqda, tale mütləq onları yenidən qarşılaşdırır. İllər sonra yaşanan o təsadüf isə möcüzə kimi idi. Günlərin bir günü Bakıda dərs dediyim şagirdlərdən biri küçədə ünvan soruşmaq üçün bir bəyə yaxınlaşır. Həmin bəy elə Hüseyn müəllimin özü olur. Şagirdə yolu izah etdikdən sonra səmimi bir maraqla onun haralı olduğunu soruşur. Şagird Biləsuvardan, İsmətli kəndindən olduğunu bildirəndə Hüseyn müəllimin yaddaşında köhnə xatirələr canlanır. Kəndin əvvəlki adının Konstantinovka olduğunu dəqiqləşdirəndən sonra həyəcanla soruşur:
– "Orada Sədrəddin müəllimi tanıyırsanmı?"Şagird sevinclə: "Bəli, o mənim müəllimim olub, çox yaxşı tanıyıram", – deyə cavab verir.

Həmin an Hüseyn müəllim kiçik bir kağız parçasına öz telefon nömrəsini yazır və böyük bir əmanət kimi şagirdə uzadaraq deyir: "Mütləq bu kağızı ona çatdır".Bir neçə gündən sonra şagirdim qapımızı döyüb mənə o kiçik kağızı uzadanda və "Müəllim, sizə məktub var" deyəndə ürəyim fərqli bir intizarla döyündü. Kağızda sadəcə bir telefon nömrəsi və altında "Hüseyn" adı yazılmışdı. Zaman itirmədən həmin nömrəni yığdım. Dəstəyin o başındakı insan sadəcə səsimdən məni tanıdı və böyük bir doğmalıqla "Sədrəddin müəllim, necəsiniz?" dedi. O səs, aradakı 18 illik həsrəti bir andaca yox etdi. Qısa müddət sonra ailəmlə birlikdə Bakıda Hüseyn müəllimlə görüşdük. Bu vüsal bizim dostluğumuzu daha da poladlaşdırdı, daha da möhkəmləndirdi. Bu gün də həmin dostluq eyni ucalıqda, eyni səmimiyyətlə davam edir.

Hüseyn İsaoğlu təkcə vəfalı bir dost deyil, həm də böyük qəlbə, iti qələmə malik bir yaradıcı insandır. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur və oxucuların qəlbinə yol tapan əsərlər ərsəyə gətirir. Müəllifin indiyə qədər işıq üzü görən 11 kitabı oxucular tərəfindən böyük maraqla qarşılanıb. Mənə öz imzası ilə hədiyyə etdiyi kitablarını böyük bir zövqlə oxumuşam. Onun povest və hekayələrinin hər biri real həyatdan bəhrələnir. Xüsusilə "Kədər tablosunda sevinc işığı" povesti sanki elə bizim, eləcə də real həyatdakı saf və səmimi dostluqların bədii təcəssümü, bariz nümunəsidir.
Əziz dostum, qardaşım Hüseyn müəllim! 65 illik bu mübarək yubileyiniz münasibətilə sizi öz adımdan və ailəm adından ürəkdən təbrik edirəm. Sizə Tanrıdan möhkəm cansağlığı, ailə səadəti və yaradıcılıq yollarında yeni-yeni uğurlar arzulayıram. Qələminiz həmişə iti, dostluğumuzun işığı daim gur olsun!
Sədrəddin Əliyev,Tələbə yoldaşınız,
Biləsuvar rayonu, İsmətli kəndi

Son xəbərlər

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Polis Akademiyasında andiçmə mərasimi olub

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNİN DƏRDİ...

Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930