Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür - FOTO
Tarixin ağrılı-acılı sınaqlarından uğurla çıxan ana dilimiz ən dəyərli milli-mənəvi sərvətimizdir. Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşama amili olan dilin müstəsna rolu vardır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbirdə səsləndirilib.

YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Ağsaqqallar Şurasının nümayəndələrinin, təhsil, mədəniyyət işçilərinin və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yaldili kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev çıxış edərək, dilimizin saflığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən, dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü dil siyasətindən danışıblar. Bildirilib ki, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Dili milli amil kimi yüksək qiymətləndirən Ulu Öndər ötən əsrin 60-cı illərindən başlayaraq öz zəngin təcrübəsi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl olaraq ana dilimizin dövlət dili səviyyəsində inkişaf etməsinə xüsusi diqqət yetirmişdir. O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda Ulu Öndər ana dilinin – Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən Ulu Öndər Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, dilimizin saflığı, təmizliyinin təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür - FOTO
Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür - FOTO

Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930