ULU  ÖNDƏR  HEYDƏR ƏLİYEV  VƏ  DİLİMİZ...

Müşahidələrimdə diqqətimdən heç zaman yayınmazdı . Mərhum prezidentimiz, müasir Azərbaycan dövlətçiliyinin qurucusu və memarı ulu öndər Heydər Əliyev, hələ sovetlər dönəmində ikən Azərbacan Respublikası Mərkəzi Komitəsinin Birinci katibi kimi, sonralar isə müstəqil dövlətimizin rəhbəri kimi Azərbaycan dilində saatlarla etdiyi çıxışlarında bir kəlmə də olsun belə rus sözü işlətməzdi.
Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müxtəlif səpkilərdə gərgin keçən iclaslarda çıxış edənlərin nitqlərində eşitdiyi rus və fars mənşəli sözlərə iradlarını bildirməsi, əlini qulağının dibinə qoyaraq - " necə, nə dedin?" - deyə soruşması və özünəməxsuz tərzdə mükəmməl Azərbaycan dilində onlara verdiyi cavablar hər zaman diqqətimi çəkərdi, bu gün üçün yazacağım yazı isə həmin o xatirələrdən impuls alır.
Aqillər deyiblər ki, xalqın, millətin nəyini əlindən alsan belə, yaşaya bilər. Amma, dilini əlindən alsan, o millət milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənliyi və qürurudur. Dil yoxdursa, millət yaşamır demək.
Azərbaycan dili deyəndə, bu dil haqqında fikir paylaşmaq istəyəndə gözlərimin önündə Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar kimi mütəfəkkir dahilər , onların yaratdığı əsərlər canlanır. Bunlar Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər. Əlbəttə ki, bu siyahını davam da etdirmək olar. Azərbaycan ədəbiyyatını, Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə - bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və ehtiramımız böyük olmalıdır.
Ulu öndər Heydər Əliyev üçün, dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər isə bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilimizin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilimizin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimiz olaraq onun gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrədib.
Göründüyü kimi, Heydər Əliyev qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi dəyərlərimizin inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verərdi, bu yolda bir əsgər kimi dayanardı.
Onun bu mövzudakı çoxsaylı fikirlərindən biri də - “Millətin milliliyini saxlayan onun dilidir.- deməsi idi.
Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmazdı, musiqi olmazdı. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması onun möhkəmlənməsi, inkişaf etməsi bizim ən ümdə vəzifələrimizdir.
Tariximizin bizə gəlib çatan dərslərindən görünür ki, Azərbaycan dili müxtəlif dövrlərdə də dövlət dili kimi elan edilib, hətta bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız, Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, milli dilimizin xilaskarı kimi tarixdə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdışı, milli özünüdərki və milli azadlıq ruhunu yüksəltdi.
Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələri nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.
Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli 76 nömrəli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minən "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə olan misilsiz məhəbbəti mühüm rol oynayıb.
Biz də bu məhəbbəti, diqqəti, qayğını əbədi yaşatmağa borcluyuq ❗

Mehriban Sultanova
Şəhid anası,
YAP Masallı rayon təşkilatı üzvü ,
Masallı şəhəri 1 saylı orta məktəb ərazi partiya təşkilatının sədri.

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930