Xəbərlər
Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb.
Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.















