Xəbərlər
O QIZI AXTARIN, TAPIN... - FOTO
DOĞUM GÛNÜN MÜBARƏK OLSUN FƏRİDƏM..TƏBRİK EDİRƏM...
(Dəyərli şairimiz Fəridə Ləman)
Yollarına isıq saçın,
Gəlişinə qollar açın,
Duyguları qirçin-qırçın,
O qızı axtarın, tapın.
Söz dünyası nehrlidi,
Xəyalları sehrlidi,
Ömür yolu bəhərlidi,
O qızı axtarın, tapın.
Dünya tarla, o bir dəndi,
Ovsunludu şeir fəndi,
Hər misrası Qazax qəndi,
O qızı axtarın, tapın.
Bəlkə gizlənib misrada?
Sətirləri dərya, ada,
Heç verməz sizə dərd, qada,
O qızı axtarın, tapın.
Saçı uzun burmalarla,
Bayatıyla, yozmalarla,
Uçar gedər durnalarla,
O qızı axtarın, tapın.
Yerin, Göyün qırağıyla,
Ələddinin çırağıyla,
Əzizənin sorağıyla,
O qızı axtarın, tapın.
O qizı axtarın, tapın..
ƏZİZƏ AĞAHÜSEYNQIZI
26.11.2026
(Dəyərli şairimiz Fəridə Ləman)
Yollarına isıq saçın,
Gəlişinə qollar açın,
Duyguları qirçin-qırçın,
O qızı axtarın, tapın.
Söz dünyası nehrlidi,
Xəyalları sehrlidi,
Ömür yolu bəhərlidi,
O qızı axtarın, tapın.
Dünya tarla, o bir dəndi,
Ovsunludu şeir fəndi,
Hər misrası Qazax qəndi,
O qızı axtarın, tapın.
Bəlkə gizlənib misrada?
Sətirləri dərya, ada,
Heç verməz sizə dərd, qada,
O qızı axtarın, tapın.
Saçı uzun burmalarla,
Bayatıyla, yozmalarla,
Uçar gedər durnalarla,
O qızı axtarın, tapın.
Yerin, Göyün qırağıyla,
Ələddinin çırağıyla,
Əzizənin sorağıyla,
O qızı axtarın, tapın.
O qizı axtarın, tapın..

26.11.2026












