18 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində Şamaxı Mədəniyyət Mərkəzində milli geyimlərin sərgisi və konsert proqramı təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq qonaqlara milli geyimlərimiz və kəlağayı sənəti haqqında geniş məlumat çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli irsin yaşadılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, milli geyimlər və kəlağayı xalqımızın tarixi yaddaşını, adət-ənənələrini və estetik zövqünü özündə yaşadan mühüm mədəniyyət nümunələridir. Layihənin əsas məqsədinin bu dəyərlərin daha geniş auditoriyaya çatdırılması, xüsusilə gənc nəslin milli irsə bağlılığının gücləndirilməsi olduğunu vurğulayan layihə rəhbəri, bu istiqamətdə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Tədbirdə Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə çıxış edərək qonaqları salamlayıb, milli geyimlərin və kəlağayı sənətinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. O, layihənin milli-mədəni irsin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək təşkilatçılara uğurlar arzulayıb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Səbuhi Həsənov çıxışında qeyd edib ki, rayonda milli-mənəvi dəyərlərin, adət-ənənələrin və mədəni irsin təbliğinə xidmət edən tədbirlərin keçirilməsinə hər zaman xüsusi diqqət yetirilir. O, milli geyimlərimizin tanıdılması istiqamətində həyata keçirilən bu layihənin gənc nəslin milli kimlik və dəyərlərə bağlılığının möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

İctimai xadim, həkim, Şamaxı Rayon Ağsaqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova çıxışında kəlağayının Azərbaycan xalqının qədim sənət nümunələrindən biri olduğunu bildirib. O qeyd edib ki, əsrlər boyu Azərbaycan qadınının ayrılmaz atributuna çevrilmiş kəlağayı yalnız geyim elementi deyil, həm də milli mənsubiyyətin, mənəvi dəyərlərin və ailə ənənələrinin daşıyıcısıdır. Natiq kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin bu sənətin beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu diqqətə çatdırıb.

Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva çıxışında milli-mənəvi dəyərlərin yaşadılmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Şair Səringül Sadə milli geyimlərin və kəlağayının Azərbaycan ədəbiyyatında və folklorunda tutduğu xüsusi yerdən bəhs edib. Şamaxı Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Pərvin Sirəliyeva layihənin maarifləndirici əhəmiyyətini yüksək qiymətləndirərək belə tədbirlərin regionlarda keçirilməsinin vacibliyini qeyd edib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu isə çıxışında milli irsin təbliği istiqamətində həyata keçirilən layihələrin cəmiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirərək, bu cür təşəbbüslərin davamlı xarakter daşımasının əhəmiyyətindən danışıb.

Tədbirin bədii hissəsində Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsinin və Şamaxı Rayon Mədəniyyət Mərkəzinin “İncə tellər” aşıqlar ansamblının rəhbəri, Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, aşıq Rza Məmmədov, aşıq İxtiyar Qocayev və aşıq Elməddin İxtiyaroğlu maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Səsləndirilən aşıq havaları və xalq musiqisi nümunələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. İfa olunan əsərlər milli musiqi irsimizin zənginliyini bir daha nümayiş etdirərək tədbirə xüsusi rəng qatıb.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.

“Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbir Bakı şəhərində keçiriləcək.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31