Ədliyyə Nazirliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı prosedur və əsas tələbləri açıqlayıb.

Nazirlikdən bildirilib ki, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər.

Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xaricdə daimi yaşayan və ya il ərzində 182 gündən çox müvəqqəti qalan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.

Müraciət daxil olduqdan sonra şəxsin doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti aktları ilə bağlı məlumatlar yoxlanılır. Daha sonra sənədlər araşdırılması üçün yaşayış yeri üzrə polis orqanına göndərilir.

Yoxlamaların nəticələri əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi ilə bağlı qərar qəbul edir. Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə verilir.

İmtina qərarı ilə razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və ya məhkəmə yolu ilə şikayət edə bilərlər.

Nazirlik qeyd edib ki, cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs statusu olan, ödənilməmiş və ya götürülməmiş məhkumluğu bulunan, eləcə də barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə icazə verilmir.

Qanunvericiliyə əsasən, ad, ata adı və soyadın təkrar dəyişdirilməsi də mümkün deyil. İstisna hallara ər-arvaddan birinin soyadını dəyişməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının yenilənməsi daxildir.

Ad, ata adı və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Ər-arvaddan birinin soyadını dəyişməsi isə digər həyat yoldaşının soyadının avtomatik dəyişdirilməsi ilə nəticələnmir.

Son xəbərlər

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31