Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan “Milli baş geyimi və örtükləri” adlı layihənin növbəti maarifləndirici-mədəni tədbiri 11 avqust 2025-ci il tarixində Saatlı Gənclər Evində keçirilib.


Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Aparıcı və layihə rəhbəri, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədləri, görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verib. O, milli baş geyimlərinin – kəlağayı, papaq və digər ənənəvi örtüklərin Azərbaycan xalqının zəngin mədəniyyətindəki yerinə diqqət çəkərək, bu irsin qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər milli dəyərlərin qorunması mövzusunda öz ürək sözlərini bölüşüblər. Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirəli Məmmədov, şəhid anaları Sevil Hüseynova, Solmaz Əliyeva və Vüsalə Hüseynova, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, idarə heyətinin üzvləri Azadə Quliyeva və Almara Nəbiyeva, İmişli Diferensial Təhsil və Tədris Mərkəzinin direktoru Elşən Şükürov, rəssam Gülnarə Məmmədova çıxışlarında baş geyimləri ənənəsinin həm tarixi, həm də mənəvi dəyərini qeyd edərək, bu kimi təşəbbüslərin gənclərdə milli kimlik şüurunun möhkəmlənməsinə böyük töhfə verdiyini bildiriblər.

Tədbir çərçivəsində milli baş geyimləri və örtüklərindən – kəlağayılar, papaqlar və digər ənənəvi nümunələrdən ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən formalaşdırılmış “kəlağayı ədəbiyyatı”na dair nəşr olunmuş kitablar da ziyarətçilərə təqdim edilib.
Musiqi proqramı tədbirə xüsusi rəng qatıb. Aşıqlar – Həqiqət Şınıxlı, Nərmin Cəlal, Rafiz Məmmədov, İbrahimli Elgün, Anar Xudiyev, Məhəmməd Yadigarlı, xanəndə Sədi Muradov, “Nənə qızlar” ansamblı, Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi Əli Eyvazlı, eləcə də “Əkizlər” rəqs qrupu milli musiqi və rəqs nümunələri ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.
Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı maliyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Saatlı Rayon İcra Hakimiyyətinə və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. O, növbəti tədbirin Kürdəmir rayonunda keçiriləcəyini vurğulayıb.



















Son xəbərlər

Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb

22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Göygöl rayonunda növbəti tədbir keçiriləcək.

Paylaşımsız həyat yoxdur

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb

"Kəlağayım millidir, butalıdır, güllüdür" – milli irsimizin qorunmasına çağırış - FOTOLAR

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb

İran iki tankeri vurdu - Ölən və yaralananlar var

Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır

Lütfəli Abdullayevin ciddi bir xəstəliyi olmayıb - FOTO

ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb

Qumar üçün 5 ilə 14 dəfə “hə” dedi - 170 min qazanc

"Prezident Əliyevin yumor hissi çox yaxşıdır" - Batsman

“Anne yarısı”nda rol alacaq - FOTO

BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır

Mundialın ən çox səyahət edən komandası bəlli oldu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031