Turaztv.az-ın təqdimatı:

15 iyul 2025-ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbirini Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təşkil etdi. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuş və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri Salyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Məhərrəm Məmmədov açaraq iştirakçıları salamladı və layihənin bölgə ictimaiyyəti üçün əhəmiyyətindən bəhs etdi. O, çıxışında milli-mənəvi dəyərlərin qorunması və bu cür təşəbbüslərin regionlarda həyata keçirilməsinin vacibliyini vurğuladı.
Daha sonra layihənin rəhbəri Güllü Eldar Tomarlı çıxış edərək layihənin məqsədləri, fəaliyyət istiqamətləri və indiyə qədər görülmüş işlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, bu təşəbbüs Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqinə, təbliğinə və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva çıxış edərək kitabxanaların cəmiyyətin maarifləndirilməsi və milli-mədəni dəyərlərin qorunması istiqamətindəki rolu haqqında danışdı, layihənin əhəmiyyətini yüksək qiymətləndirdi və təşkilatçılara təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Şair publisist, Qələbə qəzetinin əməkdaşı Əzizağa Məmmədli və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvü Zülfiyyə İsmayılova qeyd etdilər ki, milli geyimlər yalnız maddi mədəniyyət nümunəsi deyil, həm də xalqın yaddaşında və kimliyində mühüm yer tutan simvolik dəyər daşıyır. Layihənin maarifləndirici və tərbiyəvi əhəmiyyəti xüsusi vurğulandı.
Aşıq Rəvanə Mirzəyeva, gənc aşıq Nərmin Cəlal və Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri ifaları ilə tədbirə xüsusi bədii ovqat bəxş etdilər. Saz və sözün vəhdətində xalqın ruhunu yaşadan sənət nümunələri tamaşaçıların alqışını qazandı.
Tədbirdə Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anası Sevil Hüseynova da çıxış etdi. O, şəhid ailələri adından layihə rəhbərinə təşəkkürünü bildirərək belə tədbirlərin milli qürur hissinin və tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını vurğuladı.
Tədbir çərçivəsində kəlağayı, papaq, tirmə çalma və digər milli baş geyimlərindən ibarət sərgi nümayiş etdirildi. Bununla yanaşı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən nəşr olunmuş kitablar da sərgi zamanı ziyarətçilərə təqdim olundu. Qonaqlar bu nümunələrlə yaxından tanış olmaq və onların daşıdığı simvolik məna barədə məlumat almaq imkanı əldə etdilər.
Çıxışçılar layihənin bölgələrdə həyata keçirilməsini milli-mədəni irsin yaşadılması, qorunması və gənc nəsillərə ötürülməsi baxımından yüksək qiymətləndirdilər.
Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Salyan Rayon İcra Hakimiyyətinə, MKS rəhbərliyinə və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi.
Layihə çərçivəsində növbəti tədbirlərin Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılır.





























Son xəbərlər

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

İki Vətənin Arasında – xatirələrim, yolum və mən - FOTO

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

Qaradağda yük maşını aşıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31