Təranə Cəbiyeva
Yazıçı-publisist


İnsan ömründə elə dəyərlər var ki, onlar nə vəzifə ilə qazanılır, nə də zamanın özü ilə formalaşır.

Bu dəyərlər insanın xarakterindən, davranışından, başqalarına münasibətindən doğur. Onları nə almaq mümkündür, nə də kiminsə hədiyyə etməsi ilə əldə etmək olar. Etibar da belə mənəvi sərvətlərdəndir. O, illər ərzində formalaşır, sınaqlardan keçir və yalnız ləyaqətlə yaşayan insanların ömür yolunda özünə yer tapır.Hər insanın öz siması var. Ancaq elə insanlar da var ki, onların çöhrəsində təkcə zahiri görünüşü deyil, daxili aləmi, mənəvi bütövlüyü də oxumaq olur. Belə insanlar haqqında danışanda ilk növbədə tutduqları vəzifə deyil, insanlıqları yada düşür. Çünki qazandıqları hörmət onların vəzifəsindən deyil, şəxsiyyətindən doğur.

Mənim tanıdığım Cəmil Dadaşov da məhz belə insanlardandır.


Cəmil müəllimlə tanışlığım həmkarım, dostum və qardaşım Daşdəmir Əjdəroğlu vasitəsilə olub. Sonralar bu tanışlıq qarşılıqlı hörmətə əsaslanan səmimi münasibətə çevrildi. Mənim yazılarımın onun rəhbərlik etdiyi Turaztv.az xəbər portalında müntəzəm dərc olunması da bu münasibətin təbii davamıdır. Müəllif üçün yazılarının etibar etdiyi bir məkanda oxucuya çatdırılması böyük mənəvi rahatlıqdır. Mən bu rahatlığı illərdir hiss edirəm.
Cəmil müəllim haqqında yazarkən gurultulu hadisələr danışmağa ehtiyac duymuram. Çünki insanı tanıdan çox vaxt böyük hadisələr deyil, gündəlik davranışı, insanlarla rəftarı və münasibətidir. Bəzən bir insan haqqında ən doğru təsəvvürü onun başqalarına göstərdiyi diqqət, səmimiyyət və sadəliyi yaradır.
Mən onu hər şeydən əvvəl sədaqətli dost, etibarlı insan, sadə və təvazökar ziyalı kimi tanımışam. İllər ərzində diqqətimi çəkən ən gözəl xüsusiyyətlərindən biri də budur ki, o, insanlarla münasibətdə heç vaxt özünü ön plana çıxarmağa çalışmır. Sakit təbiəti, təmkini və səmimiyyəti ilə ətrafında etibar mühiti yarada bilir. Mənə görə, insanın əsl böyüklüyü də elə bundadır.
Bu gün informasiya bolluğu dövründə sözə və müəllif əməyinə məsuliyyətlə yanaşan insanlara daha çox ehtiyac duyulur. Yazını dərc etmək mümkündür, amma ona dəyər vermək, müəllif əməyinə hörmətlə yanaşmaq hər kəsə nəsib olmur. Sözün məsuliyyətini dərk edən insanlar əslində cəmiyyətin mənəvi yaddaşının qorunmasına xidmət edirlər. Mən Cəmil Dadaşovun fəaliyyətində də məhz bu münasibəti görür və bunu yüksək qiymətləndirirəm.
Həyat insanı müxtəlif adamlarla qarşılaşdırır. Onların bəziləri zaman keçdikcə unudulur, bəziləri isə yaddaşda xoş xatirə kimi yaşayır. Bunun səbəbi tutduqları vəzifə deyil, qoyduqları mənəvi izdir. Səmimiyyət, sadəlik, etibarlılıq və insanlara hörmət insanın ən böyük sərvətidir. Mənə elə gəlir ki, Cəmil Dadaşov haqqında deyilə biləcək ən doğru söz də budur: o, qazandığı etibarı ömrü boyu qorumağı bacaran insanlardandır.
Bu günlərdə ömrünün növbəti yubileyini qeyd etməyə hazırlaşan Cəmil Dadaşova ən səmimi arzularımı çatdırıram. Arzu edirəm ki, ömrünün bundan sonrakı illəri də sağlamlıq, ailə xoşbəxtliyi, dostlarının sevgisi və qazandığı hörmətlə daha da mənalı olsun. Çünki insan ömrünün ən qiymətli qazancı insanların qəlbində qazandığı yerdir. Bu mənada Cəmil Dadaşov ömrünü etibarla zənginləşdirən insanlardandır.

Hörmətli Cəmil müəllim!

Sizə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram. Həyat yolunuz daim işıqlı olsun. Qəlbinizdəki səmimiyyət, insanlara bəslədiyiniz hörmət və sözə göstərdiyiniz ehtiram Sizi həmişə ucaltsın. İnanıram ki, bundan sonra da qazandığınız etibar Sizin ən böyük mənəvi sərvətiniz olaraq qalacaq.

Son xəbərlər

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930