Adam kimi adam...
Həyatda elə insanlar var ki, onlar görünmədən görünən işlər görürlər. Onların imzası qəzet səhifələrində olmur, adları manşetlərə çıxmır. Amma hər səhifədə, hər sətirdə, hər kitabda onların zəhmətinin nəfəsi duyulur. Nüsrət Quliyev də məhz belə insanlardandır.
Bu ad mətbuat aləminə yaxşı tanışdır. Qəzet və jurnal redaktorları, jurnalistlər, yazıçılar, kitab müəllifləri onu peşəkar dizayner, səbirli səhifələyici, zövq sahibi kimi tanıyırlar. Çünki nəşrə gedən qəzetin, jurnalın, kitabın ilk oxucularından biri həmişə Nüsrət olub. O, mətni sadəcə səhifələməyib, ona nəfəs verib, görünüşünü formalaşdırıb, oxucu ilə ilk görüşünə hazırlayıb.Bu, zahirdə sadə görünən, əslində isə böyük məsuliyyət tələb edən peşədir. Çünki bir qəzetin, jurnalın və ya kitabın ilk təəssüratı onun dizaynından başlayır. İllərlə bu məsuliyyəti vicdanla daşıyan insan isə çox vaxt kölgədə qalır. Amma peşəkarlar yaxşı bilirlər ki, o kölgənin arxasında böyük zəhmət dayanır.


Mən Nüsrəti yarım əsrə yaxındır tanıyıram. Hələ "Kommunist" nəşriyyatında işlədiyimiz illərdən... O vaxtlar nə kompüter vardı, nə də bugünkü imkanlar. Qəzetlər əl əməyinin hesabına hazırlanırdı. Sətirlər, başlıqlar, maketlər böyük zəhmətlə düzülürdü. Nüsrət həmin dövrün çətinliyini də, məsuliyyətini də ləyaqətlə daşıyanlardan idi.
Sonralar zaman dəyişdi. Texnologiya inkişaf etdi. "Azərbaycan" nəşriyyatında artıq kompüterlər işə başladı. Çoxları yenilikdən çəkinirdi. Amma Nüsrət yenə də öz sözünü dedi. O, yeni texnologiyanı böyük həvəslə öyrəndi, qısa müddətdə kompüter dizaynının incəliklərinə yiyələndi. Hətta bir çox gəncləri də qabaqladı. Çünki peşəkarlığın yaşı olmur. Öyrənmək istəyən insan üçün yenilik heç vaxt maneəyə çevrilmir.
Ancaq Nüsrət Quliyevin böyüklüyü yalnız peşəsində deyil. O, hər şeydən əvvəl böyük ürək sahibidir. Sədaqətli dostdur, etibarlı sirdaşdır. Yaxşı ailə başçısı, qayğıkeş ata, nəvələrinin sevimli babasıdır. Onun sadəliyi, təvazökarlığı və səmimiyyəti insanı ilk görüşdən özünə bağlayır. Bu gün onu tanıyan hər kəs haqqında eyni fikri söyləyir: Nüsrət müəllim adam kimi adamdır.
Ömür yolu isə heç də həmişə hamar olmayıb. Daşlı-kəsəkli yollar da olub, çətin günlər də. Amma o, heç vaxt sınmayıb. Vicdanını, ləyaqətini və insanlığını hər şeydən üstün tutub. Məhz buna görə qazandığı hörmət və nüfuz təsadüfi deyil.
Dövlət də onun əməyini yüksək qiymətləndirib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunması uzun illərin halal zəhmətinə verilən layiqli qiymətdir.
Nüsrət müəllimi fərqləndirən ən təsirli cəhətlərdən biri də valideynlərinə olan sonsuz məhəbbətidir. Bu gün onlar həyatda olmasalar da, o, ata-ana ocağını unutmur, onların məzarını mütəmadi ziyarət edir, xatirələrini böyük ehtiramla yaşadır. İnsan öz kökünü unutmayanda daha uca olur. Nüsrət müəllim də məhz belə insanlardandır.

Bu gün onun 65 yaşı tamam olur. Altmış beş il... Bu illərin hər günü zəhmətlə, alın təri ilə, dostluğa sədaqətlə, insanlara hörmətlə yaşanmış bir ömrün səhifələridir.
Əziz Nüsrət müəllim!
Sizə möhkəm cansağlığı, uzun ömür, ailənizin sevincini, övladlarınızın, nəvələrinizin xoş günlərini görməyi arzulayıram. Arzu edirəm ki, həmişə üzünüz gülsün, qəlbiniz işıqlı qalsın, dostlarınız çox olsun.
Çünki bu ömrün qazancı və ən böyük mükafatı nə medal, nə fəxri ad, nə də vəzifədir. Ən böyük mükafat insanların ürəyində qazandığınız hörmətdir.
Siz isə bu hörməti çoxdan qazanmısınız.
65 yaşınız mübarək, əziz dost! Allah sizə sağlam, mənalı və xoşbəxt ömür nəsib etsin. Həmişə olduğu kimi, adam kimi adam qalın!
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist
02. 08. 2026 Tovuz

Son xəbərlər

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930