Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir.

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, idxal etdiyi mallar qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar hesab edilmir, şirkət yalnız elektronika və məişət texnikası idxal edir və satır. Buna görə də qonorar ödəmək və Gildiya ilə müqavilə bağlamaq öhdəliyi daşımadığını irəli sürüb.

İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı rədd edərkən belə nəticəyə gəliblər ki, iddiaçı cavabdehə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan başqa, məhkəmələr cavabdehin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu iddiaçının mötəbər sübutlarla təsdiq edə bilmədiyini qeyd ediblər.

Ali Məhkəmənin mövqeyi isə belə olub: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surəti çıxarıldıqda müəlliflərin, ifaçıların, audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və həmin qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilir. Normanın məzmunundan görünür ki, həm müəlliflərin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir.

Həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş müqavilə isə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir. Müqavilənin bağlanması tərəflərə, o cümlədən idxalçıya qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla, qonorarın məbləğini və ödənilməsi şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Tərəflər razılığa gələ bilmədikdə isə həmin məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi açıq şəkildə göstərilmişdir.

Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşsa da, qeyd etmişdir ki, həmin mövqe öz-özlüyündə iddiaçının pul tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz, çünki müəlliflərin qonorar almaq hüququ və cavabdehin ödəniş öhdəliyinin hüquqi əsasının birbaşa qanundan, yoxsa müqavilədən irəli gəldiyi müəyyən olunmalıdır.

Əks yanaşma qəbul edildiyi halda, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər. Belə yanaşma isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla təmin edilmiş əmlak hüquqlarının faktiki həyata keçirilməsini mümkünsüz edər, qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini əhəmiyyətsiz hala salar və hüquqdan sui-istifadəyə şərait yaradardı.

Beləliklə, tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qanundan irəli gələn qonorar almaq hüququnu və idxalçının həmin qonorarı ödəmək öhdəliyini aradan qaldırmır. Müqavilənin hüquqi əhəmiyyəti tərəflərin qanunvericiliklə müəyyən edilmiş çərçivə daxilində qonorarın məbləği və ödənilmə qaydası barədə qarşılıqlı razılığa gəlmələrindən ibarətdir. Belə razılıq əldə edilmədiyi halda isə idxalçı qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğdə qonorar ödəmək öhdəliyini daşıyır.

Həmçinin vurğulanıb ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsində sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısı məhdud xarakter daşımır. “Başqa avadanlıqlar” və “digər maddi daşıyıcılar” anlayışları texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməlidir. Konkret texniki vasitənin həmin kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyən edilməlidir.

Sonda iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilib.

Son xəbərlər

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31