Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilib. Həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.

Ana südünün körpələrə faydası və əlavə qidaya keçid dövrü barədə AZƏRTAC-ın sullarını Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Gültəkin Novruzova cavablandırıb.

Onun sözlərinə görə, Beynəlxalq Ana Südü Akademiyası təsdiqləyir ki, 12–24 ay arasında əmizdirmə insan üçün bioloji olaraq tam normal və təbii fizioloji prosesdir. Müasir klinik yanaşmaya əsasən, əmizdirmənin dayandırılması kənar təsirlərlə deyil, yalnız ana və uşağın birgə qərarı əsasında baş verməlidir. Lakin təəssüf ki, tibb işçiləri arasında belə, 1 yaşından sonra əmizdirməyə qeyri-adi və ya faydasız bir proses kimi baxmaq meyli var: “Uşağın həyatının ikinci ilində ana südü gündəlik enerji tələbatının təxminən 38–45 faizini qarşılayır. O, yüksəkkeyfiyyətli zülalların, yağ turşularının, kalsiumun, A vitamininin və digər vacib mikroelementlərin mühüm mənbəyi olaraq qalır. Qlobal strategiyalara baxdıqda, Beynəlxalq Ana Südü Akademiyasının bu tövsiyələri ÜST, UNICEF, Amerika Pediatriya Akademiyası və Amerika Ailə Həkimləri Akademiyasının rəsmi mövqeyi ilə tam uzlaşır. Yəni ilk 6 ay eksklüziv ana südü, 6 aydan sonra yaşa uyğun əlavə qidalar və əmizdirmənin ən azı 2 yaşa qədər davam etdirilməsi qızıl standartdır. 6 aydan əvvəl isə hər hansı bir allergiya profilaktikası və ya dəmir statusunu yaxşılaşdırmaq bəhanəsi ilə əlavə qidaların verilməsi elmi cəhətdən əsaslandırılmır”.

Gültəkin Novruzova deyib ki, uzunmüddətli əmizdirmənin uşaq orqanizminə təsiri çoxşaxəlidir və bu üç əsas istiqamətdə qruplaşdırılır. Bunlar aşağıdakılardır:

- İmmunoloji qorunma: İkinci ildə də südün tərkibindəki immunqlobulinlər, laktoferrin və bioaktiv komponentlər körpəni respirator infeksiyalardan, orta qulaq iltihabından (otit) və kəskin ishal riskindən etibarlı şəkildə qorumağa davam edir;

- Neyro-koqnitiv inkişaf: Klinik tədqiqatlar aşkar edib ki, 12 aydan daha uzun müddət əmizdirilən uşaqların intellektual testlərdə koqnitiv və emosional inkişaf göstəriciləri daha yüksək olur;

- Xroniki risklərin azalması: Bu, gələcək nəsillərin sağlamlığı üçün metabolik bir investisiyadır. Uzunmüddətli əmizdirmə gələcəkdə uşaqda artıq çəki (piylənmə), tip 2 diabet və digər metabolik pozulmaların yaranma ehtimalını minimuma endirir.

O bildirib ki, uzun illər allergiyanın qarşısını almaq məqsədilə allergen qidaların uşağa gec verilməsi tövsiyə edilirdi. Lakin müasir immunologiya bunun doğru yanaşma olmadığını göstərib: “Hazırda sübut olunub ki, təxminən 4–6 aylıq dövr "immunoloji tolerantlıq pəncərəsi" hesab olunur. Bu mərhələdə bağırsaq və immun sistemi elə inkişaf mərhələsində olur ki, yaşa uyğun şəkildə təqdim olunan allergen qidalar orqanizm tərəfindən daha asan qəbul edilir və onlara qarşı tolerantlıq formalaşır. Xüsusilə bu proses ana südü ilə qidalanma fonunda daha effektiv gedir. Müasir beynəlxalq tövsiyələrə əsasən, allergen qidaların uzun müddət gecikdirilməsi allergiya riskini azaltmır, əksinə, bəzi hallarda onun artmasına səbəb ola bilər. Əlbəttə ki, bütün əlavə qidalar uşağın inkişaf səviyyəsinə uyğun, pediatrın tövsiyələri nəzərə alınmaqla mərhələli şəkildə tətbiq edilməlidir. Ən vacib məsələ ailələrin düzgün məlumatlandırılmasıdır. Həkimlər valideynlərlə təzyiqedici deyil, dəstəkləyici ünsiyyət qurmalı, əmizdirmə zamanı yaranan çətinliklərdə peşəkar laktasiya dəstəyi göstərməlidirlər. Süd vəzisi problemləri və ya qidalanma çətinlikləri əmizdirmənin dayandırılması üçün səbəb hesab edilməməlidir. Yekun olaraq, ana südü ilə qidalandırma əlavə qidalarla yanaşı, ən azı 2 il davam etdirilməlidi. 4–6 aylıq “immunoloji tolerantlıq pəncərəsi” isə allergenlərin təqdimi üçün ən əlverişli dövr hesab edilir”.

Müxbir – Göyçək Mahmudlu

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31