Xəbərlər
8.08.2026, 02:18
Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO
Mənə
Aşiq olub ağlayıram,
Nə olar, gülməyin mənə.
Bir sevdadan azarlıyam,
Savab olar, dəyin mənə.
Bilsəydim yandan ötərdim,
Özgə ürəkdə bitərdim,
Həsrət ölümdən betərdi,
Bu eşqi az öyün mənə.
Ürəyim quzu - mələyir,
Xatirələr yar ələyir,
Yağış tökür, qar ələyir,
Rəhmi gəlmir göyün mənə.
Dərdinə dözə bilmirəm,
Batıram, üzə bilmirəm,
Ömrümü çözə bilmirəm,
Həsrət atıb düyün mənə.
Hansı qəlbi dar etmişəm,
Ya özgəni yar etmişəm...
Səndən intihar etmişəm,
Fatihə verməyin mənə.
Qısalıbdı boyum nədir,
Ucalıqlar əldən gedir,
Nə ilahi zirvədədir,
O sevdanı əyin mənə.
Saralmış güldü - deməyin,
Sönsəm də küldü deməyin,
Siz Allah, öldü deməyin,
Azad oldu deyin mənə...
Aşiq olub ağlayıram,
Nə olar, gülməyin mənə.
Bir sevdadan azarlıyam,
Savab olar, dəyin mənə.
Bilsəydim yandan ötərdim,
Özgə ürəkdə bitərdim,
Həsrət ölümdən betərdi,
Bu eşqi az öyün mənə.
Ürəyim quzu - mələyir,
Xatirələr yar ələyir,
Yağış tökür, qar ələyir,
Rəhmi gəlmir göyün mənə.
Dərdinə dözə bilmirəm,
Batıram, üzə bilmirəm,
Ömrümü çözə bilmirəm,
Həsrət atıb düyün mənə.
Hansı qəlbi dar etmişəm,
Ya özgəni yar etmişəm...
Səndən intihar etmişəm,
Fatihə verməyin mənə.
Qısalıbdı boyum nədir,
Ucalıqlar əldən gedir,
Nə ilahi zirvədədir,
O sevdanı əyin mənə.
Saralmış güldü - deməyin,
Sönsəm də küldü deməyin,
Siz Allah, öldü deməyin,
Azad oldu deyin mənə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












