Xəbərlər
8.08.2026, 09:13
Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.
Vahid Çəmənli
O soyuqlu-şaxtalı gecədə bir çox insanlar öz isti yataqlarında uyuyarkən, quduzlaşmış rus-erməni hərbçiləri Xocalının üzərinə yeridi.
Bundan bir neçə gün öncə Xocalıya hazırlanan böyük hücum barədə kəşfiyyat məlumatları olsa da, kimsə bir tədbir görmədi.
Əslində, kim tədbir görəcəkdi? O zaman çoxlarının başı hakimiyyət davasına qarışmışdı.
Amma bu fəlakəti uzaqdan seyr etmək məcburiyyətində qalan igid oğullarımızdan ibarət hərbi dəstələr var idi ki, onların da birinin başında Əkbər Rüstəmov vardı.Kitabda Əkbər müəllimin 26-27 fevral gecəsi keçirdiyi kədər dolu anlar qələmə alınıb.
“Bu gecəni görmək özü insana uzun illər əzab-əziyyət verəcək dərəcədə dəhşətlidir. Ancaq bu mənzərəni yazmamaq olmaz. Gördüklərimdən elə əzab çəkirəm ki, sanki içimdən çıxan od-alov yandırır məni. Düşmənin atdığı işıqsaçan güllələr başımın üstündən keçsə də, buna əhəmiyyət vermirəm.
Bu gecənin müdhiş qaranlığında eşitdiyim çığırtılar, qışqırıqlar, yalvarışlar bilirəm ki, daim qulağımda səslənəcək.
Dinlə məni, el oğlum, el qızım, atam, anam, qardaşım, bacım, türküm mənim. Unutma bu qanlı 26 fevral gecəsini. Bu qanlı gecəni unutsan, sən türk deyilsən, ümumiyyətlə, insan deyilsən...”
“Xatirələr yaşadır məni” kitabından bəzi seçmələri diqqətinizə çatdırmaqla, mən həm də qan yaddaşımızı təzələmək istəyirəm.
Biz hamımız sülh istəyirik. Amma biz istəmirik ki, yenə kimsə bizi yatdığımız yerdə yaxalayıb başımıza güllə vursun.
Əgər sülh istəyiriksə, həmişə döyüşə hazır olmalıyıq.
Əkbər müəllimin də bu kitabı yazmaqda ən əsas missiyası bu adi həqiqəti insanlara, Vətən oğullarına çatdırmaqdır.
08.08.26
Bəli, o qanlı gecə dünya ictimaiyyətindən xəbərsiz, bəlkə də bu barədə eşitmək belə istəməyən dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay