Qalib ölkənin Qalib vətəndaşı Hacı Əkbər Rüstəmov, gözün aydın olsun!
Bu gün onların Ağdama ilk dəfə olaraq qatarla səfərləri başladı...

Qarabağ müharibəsi veteranı, şəhid Sənanın atası Hacı Əkbər Rüstəmovu “Ədalət” qəzetində çalışdığım dövrlərdən tanıyıram. Onda bizimlə Ədib Allahverdiyev adlı bir gözəl dostumuz da işləyirdi. Günlərin birində baş redaktor müavini Asif Talıboğluya dedi ki, sizi bir nəfərlə tanış edəcəyəm: “Şəhid atasıdır, Qarabağda döyüşüb, batalyon komandiri olub, olduqca maraqlı insandır. Peşiman olmazsınız. “Qarabağ” qəzetində mütəmadi olaraq yazıları dərc edilir, amma istəyir ki, “Ədalət”də də çap olunsun. Aqil Abbasla yaxın dostdurlar, yazılarını elə belə də verə bilər. Amma istəyir ki, burada peşəkar bir qələm sahibi onun yazılarına sərraf gözü ilə baxılsın. Mən də səni məsləhət bilirəm”.
Asif müəllim cavabında dedi ki, bəs hanı yazıları? Elə bir himə bənd imiş kimi, Ədib qardaşımız onun yazılarından bir neçəsini Asif müəllimə təqdim etdi. Ədib gedəndən sonra Asif müəllim həmin yazıları vərəqləməyə başladı. Hər birindən Vətən ağrısı, torpaq, yurd nisgili süzülürdü. Bu yazılarda bir vətəndaş hayqırtısı eşidilir, bir qarabağlının - ağdamlının qübarı, dərdi görünürdü. Asif müəllim o yazılara nəzər yetirdikdən sonra bir az duruxdu, çölə çıxıb siqaret yandırdı. Amma sifət cizgilərində bir narahatlıq, gərginlik hiss edilirdi. Səbəbi də aydın idi. Asif Talıboğlu da Birinci Qarabağ müharibəsində batalyon komandiri olmuşdu. Görünür, onun yaşadıqlarını Əkbər müəllim də yaşamışdı deyə bu hisslər, tanış səhnələr ona doğma idi...
Hacı Əkbər Rüstəmovun ilk yazısı – xatirələri Asif Talıboğlunun təqdimatında “Ədalət”də işıq üzü gördü. Qəzet çap olunan gün Asif müəllimə zəng gəldi. Telefonu açanda Hacı Əkbər Rüstəmovun olduğu bəlli oldu. Asif müəllimlə elə bir söhbət alındı ki, sanki onlar illərin tanışı imişlər. Aralarında olduqca səmimi bir söhbət alındı.

Günlərin birində Hacı Əkbər Rüstəmovun özü redaksiyaya təşrif buyurdu. Bu dəfə Ədiblə yanaşı jurnalist dostumuz Vasif Quliyev də redaksiyamıza gəlmişdi. Sən demə, Əkbər müəllim “Azərbaycan” nəşriyyatında daxil olanda ilk görüşdüyü adam Vasif Quliyev imiş. Əkbər müəllim hər birimizlə illərin yaxın dostu kimi görüşdü. İlk baxışdan, necə deyərlər, quşum Əkbər müəllimə qondu. İlahi, kişidəki sadəliyə, mehribanlığa, səmimiyyətə bax... Və o gündən dostluğumuzun bünövrəsi, təməli qoyuldu.
İllər sonra “Qarabağ” qəzetində fəaliyyət göstərəndə Sarvan Ağayev Əkbər Rüstəmovun yazılarını işləmək üçün mənə təqdim etdi. Burada isə mən həmin yazıların çap olunmasına cəhd edirdim. Onun yazıları mənim üçün sanki bir tezis idi. Hər bir cümləsi bir yazının mövzusu idi. Bütün yazılarının sonunda Vətənə, torpağa qayıtmaq ümidini gizlətmirdi. Onun bu yazıları məni də əlimə qələm görtürüb yazmağa ruhlandırırdı...
Sonsuz ümidlərlə yaşayan, Qarabağ müharibəsində 3 oğlu ilə Ağdam uğrunda döyüşən Hacı Əkbər Rüstəmovun, nəhayət, Ağdam vüsalına, Qarabağ nisgilinə son qoyuldu, şəhid oğlu Sənanın, eləcə də batalyonunda və digər hərbi birləşmələrdə vuruşaraq Vətən uğrunda şəhid olmuş oğullarımızın qanları döyüş meydanında alındı...
Hər dəfə Əkbər müəllimlə söhbətimiz zamanı mən ona təskinlik vermək əvəzinə o, məni sakitləşdirir, gələcəyə ümidlə baxmağı tövsiyə edirdi. Deyirdi ki, o torpaqlara mütləq qayıdacağıq. Çünki düşmən tapdağında qalmış o torpaqlar bizi - əsl sahiblərini gözləyir. Biz bu işi görməsək, bu torpaq uğrunda canını fəda etmiş, şəhid olmuş övladlarımızın, yurd həsrəti ilə bu dünyadan köçmüş insanların - qarabağlıların ruhları bizi bağışlamaz. Həm də bu məsələni gələcək nəslə də saxlamaq olmaz! Və elə də oldu...
Avqustun 30-da səhər tezdən, saat 7-yə on dəqiqə işləmiş Hacı Əkbər Rüstəmov qatarla Ağdama yola düşdü. Bir neçə gün əvvəl mənə xəbərdarlıq etmişdi. Gözlənilən gün gəlib çatdı. Onun çöhrəsindəki sevinc, fərəh hisslərini görəndən sonra bu qənaətə gəldim ki, qarşıya məqsəd qoyulanda nəticə də alınır. O torpaqlar Əkbər müəllimi də, digər ağdamlıları da özünə çəkir...
Bilirəm ki, Əkbər müəllimin səfər təəssüratları gen-bol olacaq. Torpaqlarımız işğal altında olanda hər il yazbaşı o torpaqlara başqa ərazidən həsrətlə baxan Əkbər müəllim indi şərəflə, müqəddəs amallarla, mətin, məğrur addımlarla, Qalib ölkənin QALİB sakini kimi o torpaqlarda addımlayır...
Səfəriniz uğurlu olsun, Əkbər müəllim!
Gözün aydın olsun, Əkbər müəllim!
Sizdən xoş təəssüratlar gözləyirik...
O torpaqları ziyarət etmək arzusu ilə;

Daşdəmir ƏJDƏROĞLU,
JURNALİST

























Son xəbərlər

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031