24 oktyabr 2026-cı il tarixində Qaradağ rayonu, Şonqar qəsəbəsində Vətən Müharibəsi şəhidi Teyyublu Çərkəz Vidadi oğlunun anım mərasimi keçirilib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Zaur Şükürov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Qonaqlar şəhidin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbir arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Daha sonra RİH başçısı Natiq Əliyev şəhidin atası Teyyubov Vidadi Qiyas oğlunun məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri düzmüşdür.

RİH başçısı Natiq Əliyev həmçinin ehsan süfrəsində iştirak edərək şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, onlara səbir və dözüm arzulamışdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq.

Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.


Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031