VƏTƏN MÜHARİBƏSİ VETERANI, ŞƏHİD ATASI ƏKBƏR RÜSTƏMOV “QAYIT, GƏL!”  DEDİ
Müharibənin ağrılarını, dəhşətlərini, qövr edən yaralarının gizltisini onu müşahidə edən, qanlı döyüşlərdə iştirak edən adamlardan başqa kimsə normal duya, qəbul edə bilməz. Birinci Qarabağ müharibəsi veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov da müharibəni nənəsinin, anasının göyüm-göyüm göynəyən ağılarında, qız-gəlin qohumlarının doqqaz qapılarından yığılmayan həsrətlərində yaşayan görmüşdü. Dəhşətli müharibə onların evlərinin işığına pərsəng olub və bələyi hönkürən ağılar olan müharibənin ağırlığı ürəyindən asılıb. Uşaq olsa da, qışda buxarı qırağında, yayda-yazda həyət-bacada, binələrdə, yurd yerlərində dolaşan dərdin boz üzünü o da görüb. O dərd anasının, nənəsinin laylalarıynan, oxşamalarıynan qılığına girirdi. Və ağlına gəlməzdi ki, bir vaxtlar özü də müharibənin dəhşətlərini görəcək, oğullarını cavanların cərgəsinə qoşacaq, hətta oğlu Sənan qələbəmizin naminə canını fəda edəcək...
Ölüm rəngli müharibənin ağrılarını, dəhşətlərini anbaan yaddaşına həkk etdirən Hacı Əkbər Rüstəmov Birinci Qarabağ müharibəsində öz sözünü hünəri, yaddaqalan döyüşləri ilə deyib. Bu şirürəkli, cəngavər insan haqqında bir neçə dəfə ətraflı yazmışam. Adətən belə döyüşçülər barəsində əli qələm tutan söz sahibləri yazır, onların hünərlərini dastanlaşdırır, nağıllaşdırır, əfsanələşdirirlər. Amma Əkbər müəllim özü kitab yazıb, əsgər dostlarının, hər bir əmrinə tabe olan, tapşırıqlarını layiqincə yerinə yetirən əsgərlərinin rəşadətini qələmə alıb, yaşadıqları hər günü özünün yaddaşına və dəftərçəsinə həkk etdirib, kitablaşdırıb. “Qayıt gəl” müəllifin növbəti kitabıdır.
Müharibədə qələbəni şərtləndirən nə varsa, öncəsi torpaqsevərlikdir. Bu vətənsevərlik, torpaqsevərlik Əkbər Rüstəmovun qanındaddır, canındadır, ölməz ruhundadır. Dəfələrlə söhbətlərimiz zamanı bu hiss və duyğuları hiss və müşahidə etmişəm. Onu da müşahidə etmişəm ki, Əkbər müəllim 5 il əvvəl danışdıqlarını bu gün də olduğu kimi, günbəgün, anbaan, hər bir döyüşü xırda detallarınadək gözəl xatırlayır, dilə gətirir. Yaşadığı hər günü qələmi ilə tarixə çevirən, gələcəyə qalsın deyə sətirlərə köçürən Ə.Rüstəmov bu kitabında ya döyüşçülərimizin hünərindən bəhs edib, ya düşmənə necə ibrət dərsi keçdiklərini qələmə alıb, gənclərə vətənpərvərlik, torpaqsevərlik, döyüşkənlik ruhunu aşılaya bilib. Nə gözəl ki belə bir insanı tanımışam. Nə mənə xoş ki silahını qələmə dəyişən belə müharibə veteranını tanımışam. Əkbər müəllim zahirən nə qədər sakit görünsə də, daxilən çılğındır, mübarizdir, döyüşkəndir, barışmazdır, erməni kimi azğın düşmənə olduqca çox kini, nifrəti var. Onun dünyalarını dəyişmiş, eləcə də bu gün həyatda var olan döyüşçü dostları da bu ruhdadırlar. Kitabda da məhz bu xüsusiyyətlər bir şahidin dili ilə açıqlanıb. “Qayıt gəl” kitabını həyəcansız oxumamaq mümkün deyil.
“İrəli, hey irəli, Milli Ordu əsgəri!” məqaləsini Əkbər müəllim belə başlayır: “Eeheyyy, azadlıq uğrunda vuruşan mərd, igid, qəhrəman oğullar, düşməni ana Vətəndən qovun! Sel olun, yel olun, azad edin düşmən tapdağı altında inləyən yurdumuzu... Çəkilməyin geriyə, üçrəngli Azərbaycan bayrağını əlinizdə möhkəm tutun, gələcək bizimdir. Qırın, məhv edin odlu nəfəsinizlə, mətin addımlarınızla, əyilməz qeyrətinizlə. Neçə müddətdir düşmən tapdağı altında inləyən Vətən çağırır bizi, çəkilməyin geri, bayrağımızı uca tutun əlinizdə”. Bu fikirlər 2020-ci ilin sentyabr-dekabr aylarında yox, 2001-ci ilin dekabrında yazılıb, gənclərə xitabən müraciət edilib. Hacı Əkbər Rüsəmovun müdrikliyi, uzaqgörənliyi bax budur! 19 il əvvəl, ondan da çox qabaq özündə yüksək inam var idi ki, torpaqlarımız xain ermənilərdən alınacaq, o murdarlar şəhid qanı ilə suvarılan bu torpaqlardan qovulacaq.
Qeyd etdiyim kimi, kitab olduqca maraqlıdır, bir döyüşçünün maraqlı xatirələrinin toplumudur. Burada “Biz qalib gəlmək üçün vuruşurduq”, “Vətəni azad etməliyik”, “Vətən yanğısı”, “Bir nağıl danış mənə”, “Həsrət nəğməsi”, “Yaşamalısan türk anası”, “Fəryad”, “Nə deyim”, “Vətən torpağı”.... hansı birini yazım, seçdirim... Hamısı bir-birindən oxunaqlıdır.
“Səngərdəyəm. Dəhşətli döyüş gedir. Güllələr vıyıldayıb başımın üstündən keçərək ətrafa səpələnir. Ölüm kabusu bir an olsun belə kənara çəkilmir. Vətənə tərəf baxıram, yağı əlində əsir qalan dağlar üstümə hücum çəkir, onu azad edə bilmədiyimiz üçün bizi əzmək istəyir...”
Əkbər müəllim bu sətirləri 1993-cü ilin dekabrında, 30 il əvvəl qələmə alıb, ağrılarını gizlədə bilməyib, narahatlığını bu cür ifadə edib. Belə yazmağa vadar edən səbəb oğullarımızın yerində oturmaları, hərəkətə gəlməmələri, bu üzdən də üstündə vaxtilə məğrurluqla gəzdiyi torpaqların 30 il zaman ərzində düşmən tapdağı altında inildəməsi, uca dağların ona həsrətlə, nisgillə baxması onun ürəyini ağrıdır, qəlbini göynədir, ruhunu narahat edir, əsəblərini gərginləşdirirdi. Əlahəzrət zaman öz sözünü dedi, əvvəlcə Aprel döyüşləri, Mübarizlərin, Fəridlərin döyüşkənliyi, Ramil Səfərovun mübariz ruhu, 2020-ci ilin avqustunda isə əfsanəvi qəhrəman Polad Həşimovun, İlqar Musayevin və döyüşçü dostlarının hünəri Hacı Əkbərin Qələbəmizə olan inamını, ümidlərin artırdı. Və belə də oldu. Həmin döyüşkən oğullarımız Ali Baş Komandan, “dəmir yumruğ”un sahibi, Prezident İlham Əliyevin qüdrəti, rəhbərliyi sayəsində inamlı qələbə qazandılar, özlərinin möhürlərini vurdular.
“Vətən yanğısı” xatirəsində belə bir məqam diqqətimi xüsusi cəlb etdi: “Vətən yanğısı, vətən həsrəti dolub ürəyimə, deyirəm kaş gedib o yerləri görəydim, İlahi!
Ətirli torpağı, barlı-bərəkətli yurdu, yalqız, mənsiz qalmış ata yurdunu, Ana Vətəni qucaqlayıb öpəydim, İlahi!”
Hörmətli Əkbər müəllim, əziz dostum! Bu sətirləri acı göz yaşları içərisində oxudum. Həyəcansız keçmək olmur. Bu sətirləri oxuyanda ayaqları Vətən torpaqlarından ayrılmış bir nurani ağsaqqalın – Sizin ürəyinizə, ağrılarınıza, kədərinizə şərik olmaq keçdi beynimdən. Amma kitabdan ayrılandan sonra elə bil yuxudan ayıldım. Ey dadi-bidad, Əkbər müəllimin torpağı, yurdu iki ildir murdar tapdaqlarından azad edilib, vaxtilə həsrətlə baxdığınız, vuruşduğunuz səngərlərini seyr etdiyiniz o torpaqlarda bu gün nəhəng quruculuq-abadlıq işləri gedir, infrastruktur yaradılır, bir sözlə, həyat qaynayır. Düşmənin sizə göz dağı kimi saxladığı xarabalıqlar tezliklə gülüstana çevriləcək. Onda bir daha sübut olunacaq ki, bu torpaq dığaların yox, əsl sahiblərinindir...
Və sonda bu kitab haqqında təəssüratlarımı yekunlaşdırarkən Əkbər müəllimin sonluq kimi verdiyi “Gəncliyin xətası” xatirəsinə mürciət etməli oldum. Müəllif belə yazır: “Azərbaycan! Sənin uğrunda şəhid olmaq şərəfdir!
Hər birimiz sənin əsgərinik, əziz Azərbaycan! Ana Vətən, keçmişim, indim, gələcəyimsən! Ata ocağımsan, yurdum, yuvamsan!
Azərbaycan! Bütöv bir məmləkət olacaqsan! Türklüyü, Turançılığı, özündə birləşdirəcəksən! Səkkizguşəli ulduza hansı tərəfdən baxsam, orada Böyük Azərbaycan gördüm. Azad, müstəqil məmləkət uğrunda, istiqlaliyyət yolunda gedən mübarizələrdə, mənfur düşmənlə açıq döyüşlərdə sinəsini irəli verib qəhrəmanlıqlar göstərənlərlə bir sırada durduğumdan qürur duydum! Həyatım boyu Vətəndən aldığım hərarəti heç günəşdən də almamışam!
Azərbaycan! Qaranlıq dünyamıza işıq saçan sən olmusan və əbədi olaraq yaşayacaqsan, bizə həyatın gözəlliyini yaşadacaqsan!
Müstəqil, azad, bütöv Azərbaycanın qüdrəti daim artacaq, insanların dünyagörüşü dəyişəcək, Qarabağımıza sahib olacağıq, Ana Vətən! Sənin varlığın hamımızın varlığıdır, sənin azadlığın bizim azadlığımızdır!
Bu neçə illərdə ağrı-acının içindən, zamanın sınağından çətinliklə olsa da, iradə göstərərək mətinliklə çıxdın! Ehtiyac və ağırlığa tab gətirdin, işğal olunmuş yurd yerlərimizin azad olunduğunun şahidi olduq!
Müqəddəs Vətən! Sən bizə təpər oldun! Biz də dözdük, uğrunda öldük ki, Vətən yaşasın, xalqımız azad nəfəs alsın!
08.11.2020-ci il”.
Kitabın redaktoru jurnalist, yazıçı-tərcüməçi Novruz İbrahimoğlunun fikirləri də maraqlıdır: “Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir. Buna görə də yazılarda şəlalə tək çağlayan vətənpərvərlik hissinin bədii-estetik təsir qüvvəsi kifayət qədər güclüdür. Oxuyun bu kitabı və hər bir məqalədə vətən sevgisinin nə olduğunu dərk edin!”
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930