
Xəbərlər / Nesr
26.02.2022, 23:21
QIZBƏS QƏBƏLƏ - XOCALI DƏRDİ.
XOCALI DƏRDİ.
Şəkillərə baxdıqca ,
Yanır bagrımın başı,
Varaqlara tökülür,
İxtiyarsız göz yaşı..
Otuz ildir ki , xalqım
Bu dərdə yas saxlayır.
Xocalı vəhşətinə ,
Ağı deyib aglayır.
Xocalıya o gecə,
Kimsə kömək olmadı .
Göyə ,ərşə dayandı,
İnsanların fəryadı .
Qoca, uşaq qaçırdı ,
Ayaqyalın ,başaçıq.
Qaldı neçə insanın ,
Ömrü o gün yarlmçıq .
Şaxta, çovgun ,qar, külək,
İşləyirdi iliyə,
Vəhşi düşmən baxmırdı ,
Nə ölüyə ,diriyə...
Dönmüşdü qan gölünə ,
Xocalının çölləri,
Donmuşdu adamların,
Ayaqları ,əlləri...
Süngüdən keçirirdi ,
Düşmən yaralıları.
Bax o gecə qocaldı,
Xocalı uşaqları..
Al qana bələnmişdi ,
Qarlı düzlər, meşələr.
İnsan cəsədlərindən,
Açılmışdı lalələr...
Acizəm, təsvir edim ,
O gecəni mən necə?!
Sanki qəh - qəh çəkirdi,
İblis özü o gecə...
Allahlm, bu zülmü sən ,
Qoyma nə olar yerdə.
Daş da davam eyləməz ,
Vallah bu zülmə , dərdə..
Ancaq kar olub dünya,
Eşitməyir bu ahı .
Neçə ildir ümidlə,
Açır bu xalq sabahı...
Nə qədər qalacaqdır,
İnsanlar axı yasda?
Xocalı bənzəmirmi,
Xatına ,Holokosta ?!
Nə zaman veriləcək,
Bu müsibətə qiymət?
Dünya ! Tələb edirəm -
Xocalıya ədalət !!!
Dünya! Tələb edirəm ,
Xocalıya Ədalət !!!.
QIZBƏS QƏBƏLƏ
Şəkillərə baxdıqca ,
Yanır bagrımın başı,
Varaqlara tökülür,
İxtiyarsız göz yaşı..
Otuz ildir ki , xalqım
Bu dərdə yas saxlayır.
Xocalı vəhşətinə ,
Ağı deyib aglayır.
Xocalıya o gecə,
Kimsə kömək olmadı .
Göyə ,ərşə dayandı,
İnsanların fəryadı .
Qoca, uşaq qaçırdı ,
Ayaqyalın ,başaçıq.
Qaldı neçə insanın ,
Ömrü o gün yarlmçıq .
Şaxta, çovgun ,qar, külək,
İşləyirdi iliyə,
Vəhşi düşmən baxmırdı ,
Nə ölüyə ,diriyə...
Dönmüşdü qan gölünə ,
Xocalının çölləri,
Donmuşdu adamların,
Ayaqları ,əlləri...
Süngüdən keçirirdi ,
Düşmən yaralıları.
Bax o gecə qocaldı,
Xocalı uşaqları..
Al qana bələnmişdi ,
Qarlı düzlər, meşələr.
İnsan cəsədlərindən,
Açılmışdı lalələr...
Acizəm, təsvir edim ,
O gecəni mən necə?!
Sanki qəh - qəh çəkirdi,
İblis özü o gecə...
Allahlm, bu zülmü sən ,
Qoyma nə olar yerdə.
Daş da davam eyləməz ,
Vallah bu zülmə , dərdə..
Ancaq kar olub dünya,
Eşitməyir bu ahı .
Neçə ildir ümidlə,
Açır bu xalq sabahı...
Nə qədər qalacaqdır,
İnsanlar axı yasda?
Xocalı bənzəmirmi,
Xatına ,Holokosta ?!
Nə zaman veriləcək,
Bu müsibətə qiymət?
Dünya ! Tələb edirəm -
Xocalıya ədalət !!!
Dünya! Tələb edirəm ,
Xocalıya Ədalət !!!.
QIZBƏS QƏBƏLƏ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










