Turaztv.az » Xəbərlər » Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Xəbərlər

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

05.06.2026, 23:12 93
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunun play-in mərhələsində Litva ilə qarşılaşıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığmamız əlavə vaxta gedən oyunda rəqibinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti mərhələdə Almaniya yığması ilə üz-üzə gələcək. İyunun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər