Turaztv.az » Xəbərlər » BAYRAĞIM — QÜRURUM, VƏTƏNİMİN VURAN ÜRƏYİ!
Xəbərlər

BAYRAĞIM — QÜRURUM, VƏTƏNİMİN VURAN ÜRƏYİ!

09.11.2026, 10:17 10

Bayraq sadəcə bir parça deyil — bir millətin şərəfi, tarixi, azadlığı və gələcəyə uzanan ümididir!

Mavi rəngimiz göylər qədər uca türk kimliyimizi, qırmızı rəngimiz inkişaf və müasirlik əzmimizi, yaşıl rəngimiz mənəvi dəyərlərimizi yaşadır.
Ay-ulduzumuz isə müstəqilliyimizin göylərdə parlayan əbədi nişanəsidir.
Bu bayraq şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Vətən sevgisi ilə ucalıb. Bayrağım dalğalandıqca qəlbimizdə qürur baş qaldırır, ruhumuzda Azərbaycan adlı müqəddəs sevda dilə gəlir.
Ey üçrəngli bayrağım! Sən başımızın tacı, gözümüzün nuru, müstəqilliyimizin əbədi rəmzisən!
Bayraq Günümüz mübarək olsun, Azərbaycanım!!! Bayrağımız daim ucalarda dalğalansın, Vətənimizin səması həmişə azad və aydın olsun


Oxşar xəbərlər