Turaztv.az » Xəbərlər » İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL
Xəbərlər

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

06.06.2026, 00:27 175
Yarın sözün,-aşiqləri-əğyarə deməzlər,
Güldən nə cəfalər görələr,xarə deməzlər.

Yox çarə,töküb qanımı lə`li,desə ağbəxt,
Ağ söyləsə ağdır,deməli qarə deməzlər.

Sən,ayəti-qüds ilə sual zahidə etmə,
Yar badəsini bilməz o,inkarə deməzlər.

Loğman əlini,dərdimi təşxis edib üzdü,
Ondan ki,dəva aşiqi-bimarə deməzlər.

Ey dil,demə əyyami-vüsaldır,nədi fikrim,
Yarım bilir,hacət nədi təkrarə,- deməzlər.

Qovğadən açılmır başı eşq əhlinin hərgah,
Ariflərə sor,aşiqə-avarə deməzlər.

Ey Bizəban,hər bir sözü yüz yanə yozanlar,
Biçarə ümiddir ləbi-dildarə, deməzlər.

Oxşar xəbərlər