Xəbərlər
5.06.2026, 16:09
Dünya sərt qayalı künc-bucaq oldu - FOTO
VAHİD ÇƏMƏNLİ
Şair-publisist
Şair-publisist
Oldu
Demişdim, bağlama məni özünə,
Bağladın...
Nə edim, olacaq oldu.
Bəlkə bu bağlılıq xeyir gətirdi,
Bəlkə aramızda bir ocaq oldu.
Ağıllı başlarda ağıl nə gəzir?
Hekayə bir yana, nağıl nə gəzir?
Nağılsız dünyada oğul nə gəzir?
Yer özü sahibsiz bir uçaq oldu.
Sən indi halından bir azca əmin,
Əlində heç zaman sönməyən şəmin...
Ayıq ol, daşlara dəyməsin gəmin,
Dünya sərt qayalı künc-bucaq oldu.
Bəxtəvər başına bəxt sənə yarsa,
Zər ilə bəzənən təxt sənə yarsa...
Üstəlik, Vahidtək sevənin varsa,
Demək, sığınmalı bir qucaq oldu.
Bağladın...
Nə edim, olacaq oldu.
Bəlkə bu bağlılıq xeyir gətirdi,
Bəlkə aramızda bir ocaq oldu.
Ağıllı başlarda ağıl nə gəzir?
Hekayə bir yana, nağıl nə gəzir?
Nağılsız dünyada oğul nə gəzir?
Yer özü sahibsiz bir uçaq oldu.
Sən indi halından bir azca əmin,
Əlində heç zaman sönməyən şəmin...
Ayıq ol, daşlara dəyməsin gəmin,
Dünya sərt qayalı künc-bucaq oldu.
Bəxtəvər başına bəxt sənə yarsa,
Zər ilə bəzənən təxt sənə yarsa...
Üstəlik, Vahidtək sevənin varsa,
Demək, sığınmalı bir qucaq oldu.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













