Xəbərlər
Tək-tənha, budaqda bir gözəl ölür... - FOTO

Gül
Bu gülün üstünə qar yağır, Allah,
Ləçəklər qısılıb biri-birinə.
Donur qar altında bir fağır, Allah,
Ürəyim üşüyür gülün yerinə.
Ağ əllər bəmbəyaz xəzə bürünüb,
Bu gülün bəmbəyaz hayanı yoxdur.
Nə bülbül oxuyur,
Nə xar görünür,
Yoxdu bir kimsəsi...
Duyanı yoxdur.
Donsa da,
Üzsəm də axırı birdi,
Nə fərqi, ya donur,
ya əzəl ölür.
Aşiqin vəfasın bu gül də gördü,
Tək-tənha,
budaqda bir gözəl ölür...












