MƏNIM DƏCƏL MƏHƏMMƏDIM!!!
(oğlum Məhəmmədə ithaf edirəm)

Bizim həyət çox qəşəngdir,
Sabahları çoxda şəndir.
Bu həyətdə çox uşaq var,
Uşaqları çox qəşəngdir.
İnsanları mehribandır,
Ürəklərə yol tapandır.
Uşaqları sehrbazdır,
Kələkbazdır,oyunbazdır.
Top oynadıqca uşaqlar,
Ürəyimə fərəh dolur,
Səsli-küylü uşaqların,
Sevincinə şərik olub,
Hərdən mən də heyranlıqla,
Çox baxıram, uşaqlara,
Qoşuluram, oynayıram,
Əllərindən tez tuturam,
Yıxılmağa qoymayıram,
Amma onlar uşaqdırlar,
Nə etsəm də anlamırlar.
Uşaqlardan biri ki, var,
Çox da şirin, həm dəcəldir.
Pəncərə və qapılara,
Qollar vurar öz topuyla.
Utanmadan sonra gəlib,
Gizlənər mənim arxamda.
Tənbeh etsəm küsüb gedər,
Amma yenə özü gələr.
Çox ağıllı, dərrakəli,
Çalışqan bir məktəblidir.
Əgər bilmək istəsəz siz
Onun adı MƏHƏMMƏDDİR!!!

ŞƏHLA YAŞAR (QƏMBƏROVA)
10.10. 2008-Cİ İL
BAKI ŞƏHƏRİ


Torpağımı ermənidən Hərb və Sülhlə alacağam” –
deyir, dəcəl Məhəmmədim.

(Sılahlı Qüvvələr günü)

Mənim şirin dəcəl balam,
Duyğuları gözəl balam.
Arzuları təmiz və pak
Anasını sevən balam...

Sərhədləri hey aşaraq,
Anasını düşünmədən.
Şıltaqlığı hədsiz olan,
Anasını sevən balam.

Vətəninin qeyrətini,
Lap indidən çəkmək istər,
Torpağını qorumaqçun,
Əsgər belə getmək istər.

Heyranam mən bu istəyə,
Sevgisinə, qeyrətinə.
Ermənidən söz düşəndə,
Onda olan nifrətinə!!!

Anasını sevən kimi.
Vətəninə çox bağlıdır.
Bayrağını uca tutmaq,
Onun ülvi arzusudur...

Qarabağa gedə bilmək,
Onun böyük arzusudur.
Arzuları təmiz və pak,
Azərbaycan evladıdır!!!

Şıltaqlığı hədsiz olan,
Anasını sevən balam.
Vətəninə sevgisini,
Hey söyləyər aram-aram.

“İnşallah çox yaxında mən,
Böyük əsgər olacağam.
Qarabağı almaq üçün,
Şəhid belə olacağam...”

Adı kimi təmiz və pak,
Məhəmmədim belə deyir:
Vətənimə sadiq və mərd,
Mən bir əsgər olacağam,
Torpağımı ermənidən,
Hərb və sülhlə alacağam...
26.02.2012-ci il Bakı şəhəri.
Şəhla Yaşar...


SƏNİ XATIRLADAN MƏHƏMMƏDİNDİR.
(Mərhum həyat yoldaşım Fəridə ithaf olunub)

Nə ülvi eşq idi, yaşadıq dirək,
Əbədi ayrılıq məharətindir???
Bir zindan ömrünü yaşatdın zirək,
Sənə elə gəlir cəsarətindir???

Köməksiz qoymusan, bu dünyada tək,
Mənə bağışlanmış səxavətmidir???
Beşcə il sürmədi - qaldım sənsiz tək,
Mənə olan sonsuz məhəbbətindir???

Məni yalanlarla aldın qoynuna,
Sənin mənə olan hörmətinmidir???
Zəhərli ilan tək sardın boynuma,
Ömürlük ayrılıq şöhrətinmidir???

Dərdlərin içində kiçildi ürək,
Mənə vəsf etdiyin şücaətindir???
Sonsuz yoxsulluğum, qubarlı ürək,
Lütf edib verdiyin - mərhəmətmidir???

Məhəmmədi mənə yadigar qoydun,
Həsrətin qəlbimdə ahu-nalə tək.
Əziyyət çəkməyən bəhrəsin görməz!!!
ALLAHA sığındım, ŞÜKR etdim demək...!!!

Sənin həsrətinlə döyünür ürək,
Çarəsi sənsizkən məhəbbətindir.
Sənin yoxluğunda qəlbimə dirək,
Səni xatırladan Məhəmmədindir..

03.04.2013-cü il Bakı şəhəri
Əziz və dəyərli oğlum Məhəmməd canın sağlam, ömrün uzun xəyalların gerçək olması diləyi ilə Allah qəlbində, düşüncələrində olan bütün arzularını çin etsin!!! Nə yaxşı ki, varsan...
Şəhla Yaşar qızı Qəmbərova
"Qızıl Qələm" media mükafatı laureatı.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930