Soydaşlarımız İsveç hökumətini Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıblar
İsveçdə yaşayan soydaşlarımız Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ölkə hökumətinə və Xarici İşlər Nazirliyinə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyevin imzası ilə ölkənin Baş naziri Maqdalena Andersona və xarici işlər naziri Ann Lindeyə ünvanlanan müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, dəhşətli qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xalqımızın insanlığa zidd bu dəhşətli faciəni heç bir zaman unutmayacağı, haqq səsimizi dünyaya çatdırmağa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına çalışdığı, 2008-ci ildən isə bu fəaliyyətin “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət aldığı vurğulanıb.

Hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığına diqqəti cəlb edən soydaşlarımız İsveç hökumətini və parlamentini Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıblar.

Son xəbərlər

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31