"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

"Şahdəniz" konsorsiumu "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalanıb.

"Report" "Şahdəniz" konsorsiumunun operatoru "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, müqavilə "Emerson" şirkətinə verilib.

Yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə nəzarət, təhlükəsizlik məqsədilə dayandırma, yanğın və qazın aşkarlanması və enerji idarəetmə sistemlərinin təminatını əhatə edir.

Birlikdə bu sistemlər platformadakı vacib əməliyyatların real vaxt rejimində izlənməsinə və məsafədən idarə olunmasına imkan verəcək ki, bu da əməliyyat xərclərinin azaldılması və uzun müddətli iş icrasının təmin olunması ilə bərabər təhlükəsizliyin, etibarlılığın və əməliyyat səmərəliliyinin artırılmasına kömək edəcək.

BP-nin layihələr üzrə baş meneceri İlqar Məmmədov deyib ki, bu müqavilənin imzalanması ŞDK layihəsinin həyata keçirilməsini dəstəkləyən mühüm bir addımdır: "Avtomatlaşdırma və idarəetmə sistemləri heyətsiz qurğu kimi nəzərdə tutulan ŞDK platformasının vacib komponentlərindən biri olacaq və platformanın bütün istismar müddəti ərzində onun təhlükəsiz və səmərəli fəaliyyətini dəstəkləyəcək. Bu mühüm müqavilənin verilməsi layihə üzrə işlərin sürətlə irəlilədiyi bir vaxta düşür. Belə ki, bu işlərin ümumilikdə təxminən 30%-i artıq tamamlanıb və hazırda təqribən 2700 nəfər layihəyə cəlb olunub. Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə mühəndislik və istehsal işləri plana uyğun irəliləyir və bu işlərdə Azərbaycanın yerli resurslarından, təcrübə və sənaye imkanlarından geniş şəkildə istifadə edilir".

ŞDK layihəsi "Şahdəniz" yatağından qazvermənin maksimuma çatdırılmasında mühüm rol oynacaq və əlavə qaz ehtiyatlarını əlçatan etməklə hasilatın uzunmüddətli davamlılığını təmin edilməsinə töhfə verəcək.

Qeyd edək ki, nəhəng "Şahdəniz" qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin "Şahdəniz" yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm "Şahdəniz Alfa" (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Layihə üzrə tikinti işləri hazırda davam edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Son xəbərlər

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31