Turaztv.az » Xəbərlər » Yubileyiniz mübarək olsun əziz dost
Xəbərlər

Yubileyiniz mübarək olsun əziz dost

11.08.2026, 00:25 152
Nicat Ərtürk,
AYB üzvü,şair publisist,
Heydər Əliyev medalı və qızıl qələm mükafatı laureatı.


Cəmil Zəbhullaya

Zəhmət ilə ucalmısan,
Qartal kimi yaşamısan
Könüllərdə taxt qurmusan,
Ər oğlu ər Cəmil müəllim

Bənzəyirsən günə-aya,
Təravətli bahar, yaya,
Bir qürursan bu dünyaya,
Ər oğlu Ər Cəmil müəllim.

Tutduğun yol haqq yoludur,
Qəlbin eşqilə doludur,
Bilirəm vətən quludur,
Ər oğlu ər Cəmil müəllim.

Ömrü təmiz, düz yaşadın,
Daim çəkilib xoş adın,
El içində sən ad aldın,
Ər oğlu ər Cəmil müəllim.

Altmış beşi vurdun başa,
Xoşbəxtliyin olsun qoşa.
Yaşa qardaş 100 il yaşa,
Ər oğlu Ər Cəmil müəllim.





Oxşar xəbərlər