Bu gün sənin cənnətdəki 5-ci doğum günündür, əziz Anam...

Sənsiz keçən illər öyrətdi ki, insan bəzi yoxluqlara alışsa da, ana yoxluğuna heç vaxt alışa bilmir. Evimiz əvvəlki evdir, insanlar əvvəlki insanlardır, amma sənin yoxluğun hər küncdə hiss olunur. Çünki ana evin istiliyi, ailənin dayağı, övladın ən böyük təsəllisidir.

Bu gün yenə görüşünə gəldim. Məzarının üstünə təzə, tər çiçəklər düzdüm. Səninlə dərdləşdim, ürəyimdə yığılan sözləri bir-bir söylədim. Əvvəllər hər dərdimə cavab tapırdım səndə. Bu gün isə susqunluğunla dinlədin məni. Cavab ala bilməsəm də, bilirəm ki, ruhun yanımdadır, duaların hələ də bizimlədir.
Qara mərmərdən baxan şəklin mənə gülümsəyirdi. O təbəssümdə illərin şəfqəti, sevgisi, mərhəməti vardı. Bir anlıq elə bildim ki, yenə saçımı oxşayacaqsan, yenə “narahat olma, hər şey yaxşı olacaq” deyəcəksən. Amma zaman bizi ayıran sərhədi dəyişmir...
Ana, sən bizim başımızın tacı, evimizin yaraşığı idin. Sən gedəndən sonra anladıq ki, anasız evlərin işığı da solğun olur, istiliyi də az olur. Hər sevincli günümüzdə səni axtarırıq, hər çətin anımızda sənin məsləhətinə ehtiyac duyuruq.
Bu gün doğum günündür. Sənə nə hədiyyə verə bilirəm, nə də əllərindən öpə bilirəm. Yalnız dualarımı, həsrətimi və sonsuz sevgimi göndərə bilirəm.
Ruhun şad olsun, əziz anam. Cənnətdəki doğum günün mübarək. Bil ki, səni sevən ürəklərdə yaşayırsan və nə qədər ömür var, həsrətin də, sevgin də bizimlə olacaq.Səni çox sevirik və çox darıxırıq...

Allah rəhmət eləsin. Məkanın cənnət olsun.
05.06. 2026

Son xəbərlər

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Dünya sərt qayalı künc-bucaq oldu - FOTO

Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930