İyunun 5-i tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.

İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun (universitetinin) Dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri Bakı şəhərində 18 saylı orta məktəb olub. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.

Şair 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub.

Mikayıl Müşfiq repressiya dövründə, 1938-ci il yanvarın 6-da güllələnib.

1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub.

Xatirəsini əbədiləşdirmək üçün onun Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Son xəbərlər

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Dünya sərt qayalı künc-bucaq oldu - FOTO

Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Azərbaycanlıların olduğu gəmilər vuruldu: 5 ölü, 6 yaralı

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb

Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Bakının bir sıra yollarında tıxac yaranıb

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930