Mayın 30-u Azərbaycan şairi, satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası kiçik sahibkar olub və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoyub.

Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində - maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni məktəbində oxuyub. Müəllimi Seyid Əzim Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı, orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçası olub. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayıb:

"Gördüm neçə dəstə tazə güllər,

Bağlanmış idi giyah ilən tər".

Daha sonra atası Ələkbəri təhsildən ayırıb, öz dükanında köməkçi işlədib. Bununla belə, Ələkbər yenə də oxuyub-yazmağına davam edib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox, oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıb.

Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzib. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb, tanış olub.

(Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və Əbdürrəhman Tofiq Əfəndizadə)

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənib. On beş il ərzində onun səkkiz qızı, bir oğlu dünyaya gəlib. Amma ailəsi zəlzələ nəticəsində vəfat edib. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olub.

1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılıb.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda cümə məscidinin baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində olub. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlib.

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət o zaman Sabirə mənəvi cəhətdən böyük kömək edib. Onlar Şamaxının ozamankı ziyalılarından Ağəli bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub, təhlil və müzakirə ediblər.

XX əsrin əvvəlindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirib. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olub. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yaranıb.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlib. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyib və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşıb. Həmin ərəfədə Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alıb. Həmin məktublarda deyilib ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görüb və bu işdə ona kömək edəcəklərini bildiriblər.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alıb. Lakin Qoridən aldığı məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyib.

(Mirzə Ələkbər Sabirin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası. 1958-ci il)

Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olub. Bu məktəbdə 60-a qədər şagird oxuyub. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturub, əyani vəsaitlərdən istifadə edib, ekskursiyaya çıxıblar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilib, Quran və şəriət dərsləri tədris edilib.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlib. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışıb. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayıb. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olub. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyib. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxıb. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirib. Şair, eyni zamanda, "Molla Nəsrəddin"ə də yazmaqda davam edib.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdıb. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatıb. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstəriblər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edib, yeni-yeni taziyanələr üzərində işləyib, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edib.

İyun ayında həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif ediblər. Lakin o buna razı olmayıb. O, Şamaxıya qayıdıb.

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edib. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndəriblər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməliyyatına razı olub, iyulun 8-də Bakıya gəlib. Lakin artıq həkimlər əməliyyatın da heç bir fayda verməyəcəyini söyləyərək ona Şamaxıya qayıtmağı məsləhət görüblər. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazıb: "Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

(Abbas Səhhət şagirdləri ilə Mirzə Ələkbər Sabirin məzarının başında)

1911-ci il iyulun 12-də Sabir vəfat edib. Şairin məzarı Şamaxıda, "Yeddi Guşə"dədir.

Son xəbərlər

Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır

KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - Fotolar

HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO

CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930