Vahid Çəmənli,
şair-publisit

Sən şirinsevənsən,
bilirəm gülüm.
Bax, indi ən şirin xatirələri,
Büküb al - əlvan bir göy qurşağına
Sənə göndərəcəm...
Onda bilərsən
Orda səndən başqa heç kim olmayıb...

Sən lalə dərmişdin yaşıl çəməndən,
Göylər zəhmətini elədi hədər.
Bir qəfil gurultu, şıdırğı yağış
Təpədən dırnağa islatdı bizi
Həmərsin koluna çatana qədər.

Lalənin al rəngi yanaqlarında,
Lalənin al rəngi dodaqlarında.
Ağappaq paltarın lalə rəngində,
bir də ağ bədənin... cizgilərində.

Sən şirinsevənsən,
Xoş təbəssümü
Bükub dan yerinin şəfəqlərinə
sənə göndərəcəm
Onda bilərsən...
O yaz səhəri
Necə qoxuyurdu inciçiçəyi
Nanənin, yarpızın ətri necəydi?..

Söylə yadındamı, aylı gecəydi.
Gedirdik bir yaşıl çinar altında
O səssiz, o tənha bulağın üstə.
Səsin titrəyirdi, əlin əsirdi
Elə bil o isti yay gecəsində
Bütün vucudunu soyuq kəsirdi...
Pencəyim yox idi atam çiyninə,
Tutdum əllərindən,
...qorxma, burdayam!
Mən hardan biləydim yay gecəsində
bəzən istidən də üşüyür adam...

Sən şirinsevənsən...
Öz kədərimi
Bukəcəm bir soyuq qış gecəsinə...
Yox, bunu ta sənə göndərməyəcəm.
Nəyinə gərəkdi bu qəmli üzüm,
Nəyinə gərəkdi bu nəmli gözüm,
Nəyinə gərəkdi,-
Ya dəyişmişəm,
Ya da əvvəlki tək
Şənəm,
kövrəyəm.
Nəyinə gərəkdi, biləsən gülüm
Hardayam, necəyəm,
Nədi iş – peşəm?

Hər şey ötüb keçdi
bircə an kimi
Elə bil həyata doğulmamışdıq.
Elə bil mən səni heç görməmişdim,
Elə bil heç zaman bir olmamışdıq.


Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31