Mayın 25-i, ,,Xarı bülbül" şadlıq sarayında, əlli il bundan öncə Uluxanlı məktəbini bitirmiş məzunların görüşü keçirildi.Mən də şairə kimi o tədbirə dəvət olunmuşdum.Təbii ki, söz adamının töhfəsi şeir ola bilər.

ULUXANLI MƏKTƏBİNİN SEVİMLİ MƏZUNLARI
(1976-cı ildə orta məktəbi bitirmiş Uluxanlı məzunlarına)


Düz əlli il bundan öncə siz son zəngi çaldınız,
Ömrünüzün xoş illərin o gün yola saldınız.
Bir-birinin yaddaşında unudulmaz qaldınız,
Uluxanlı məktəbinin sevimli məzunları.

Yetmiş altıda bitirdiz doğma, əziz məktəbi,
Müəllimlərdən aldınız elm, bilik, ədəbi.
O məktəbdə cilalandı insanlığın məbədi,
Uluxanlı məktəbinin sevimli məzunları.

Şagirdiydiz, məktəbliydiz, arzuları gözündə,
İsti, qaynar cavanlığın alovunda, közündə.
Məhəbbəti ürəyində, qətiyyəti sözündə,
Uluxanlı məktəbinin sevimli məzunları.

Qızlar gözəllər gözəli, oğlanlar igid, ərən,
Siziydiz cənnət torpağın gülün, çiçəyin dərən.
Düşmənlərin hiyləsiylə düşdünüz pərən-pərən,
Uluxanlı məktəbinin sevimli məzunları.

Hər bir kəsin ürəyində var idi arzu-kamı,
Vətənini itirənin olmaz ağzının tamı.
Tezliklə Vətənə dönün, ordan alın ilhamı,
Uluxanlı məktəbinin sevimli məzunları.

Bela yazdığı şeirlə sizi təbrik eyləyir,
Ürəyinin arzusunu, diləyini söyləyir .
Hamınıza can sağlığı,uzun ömür diləyir,
Uluxanlı məktəbinin sevimli məzunları,
Bu gün görüşə gəlibdir,oğlanları,qızları.


BELA ZƏNGİBASARLI

25.05.2026.

TƏDBİR ÇOX MARAQLI, ÇOX GÖZƏL KEÇDİ!
DAYIMIN OĞLU NİZAMİ BAŞDA OLMAQLA 76-NIN BÜTÜN MƏZUNLARINI 50-İLLİK YUBİLEYLƏRİ MÜNASİBƏTİLƏ BİR DAHA TƏBRİK EDİRƏM




























Son xəbərlər

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31