Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH


2026-cı ilin 7 iyun tarixində Ermənistanda keçirilən parlament seçkilərindəki qələbədən sonra Baş nazir Nikol Paşinyan növbəti dəfə mandat əldə edərək, yenidən hökuməti formalaşdırdı. Yeni hökumətin atacağı addımlar təkcə Ermənistanın gələcək inkişafına yox, eyni zamanda Cənubi Qafqazın da gələcəyinə təsir edəcək. Çünki Azərbaycanla sülh prosesi, regional nəqliyyat-kommunikasiya layihələrinə start verilməsi birbaşa bu proseslərə təsir edəcək. Paşinyanın yeni formalaşdırdığı hökumətin də əsas prioritetlərinin bu məsələlərlə yanaşı, Türkiyə ilə münasibətləri normallaşdırmaq, xaricə siyasət kursunu düzgün istiqamətləndirmək də daxil olacağını ehtimal etmək olar. Yəni, İrəvanın daxili siyasi sabitliyi, xarici siyasət prioritetləri və regional proseslərə münasibəti əvvəlki illərlə müqayisədə yeni mərhələyə qədəm qoyur.

Hakim "Vətəndaş müqaviləsi" partiyası parlamentdə üstünlük qazanaraq hökuməti təkbaşına formalaşdırsa da, yeni parlamentdə Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan", Robert Köçəryanın "Ermənistan" bloku və baryeri keçə bilən digər müxalif qüvvələr də təmsil olunurlar. Hökumətin formalaşması zamanı kilsə siyasi proseslərdə rol almağa çalışsa da, Paşinyan komandası onun təsir imkanlarını məhdudlaşdırdı və kilsəyə bağlı qüvvələrin parlamentdə ayrıca siyasi güc olmasına imkan vermədi. Hələ bu da azmış kimi, ilk dəfə olaraq parlamentin ilk iclası apostol kilsəsinin xeyir-duası olmadan baş tutdu. Amma radikal müxalifət yenidən kilsəyə üz tutaraq, onu hakimiyyətə qarşı ictimai müqavimətin əsas platformalarından birinə çevirməyə çalışırlar. Bu isə göstərir ki, İrəvanda siyasi mübarizə təkcə parlament divarları daxilində deyil, həm də dini institutlar və küçə siyasəti üzərindən davam edəcək. Köçəryan blokunun ilk iclasda cığallıq edərək, iştirak etməməsi də siyasi mübarizəni parlamentdən kənara çıxarması, yeni parlamentin legitimliyini şübhə altına alması mənasına gəlir. Bu da onu göstərir ki, Ermənistan müxalifəti seçki nəticələrini qəbul etsə də, yeni siyasi reallıqlarla barışmaq istəmir. Bu səbəbdən deyə bilərik ki, Paşinyan komandasını küçə etirazları, kilsə faktoru, parlamentdənkənar müxalifət təzyiqi də gözləyir.

Bu reallıqlar fonunda deyə bilərik ki, məhz bu faktorları nəzərə alan Baş nazı yeni hökuməti də növbəti siyasi mərhələyə hesablanmış formada qurur. Hakim partiyanın əsas vəzifəsi bundan sonra həm daxili siyasi sabitliyi təmin etmək, həm də seçkiöncəsi verilən vədlərin icrasını sürətləndirmək olacaq. Çünki seçkilərdən sonra cəmiyyətdə yaranmış siyasi fikir ayrığı və siyasi parçalanmanı nəzarətdə saxlamaq çox vacib və əhəmiyyətlidir. Çünki müxalifətin indidən verdiyi anonslar onu göstərir ki, küçə etirazları, kilsə və diasporla koordinasiyalı hakimiyyət əleyhinə fəaliyyətlərə start veriləcək. Bu səbəblərə görə də, yeni hökumət sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, siyasi sabitliyin qorunması, dövlət və hökumət orqanlarına etimadın artırılması kimi vacib vəzifələri də üstlənmək məcburiyyətində qalırlar.

Kabinetdə bir sıra əsas fiqurların vəzifələrini saxlaması Paşinyanın dövlət idarəçiliyində ardıcıllığa üstünlük verdiyini göstərsə də, bəzi istiqamətlər üzrə həyata keçirilən kadr dəyişiklikləri hökumətin fəaliyyətində yeni prioritetlərin müəyyənləşdirildiyindən xəbər verir. Bu prioritetlər isə regiondakı geosiyasi dəyişikliklər, Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsi, sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Rusiya ilə münasibətlərdəki qərginlik, Avropaya inteqrasiya, Cənubi Qafqazda kommunikasiyaların açılmasından ibarətdir.

Bu səbəblərdən dolayı yeni hökumətin əsas sınağı xarici siyasətlə bağlı olacaq və verilən vədlərin vaxtında yerinə yetirilməsi ümumi ab-havaya təsir edəcək. Paşinyan komandası sələflərindən fərqli olaraq, bir mərkəzə bağlı olmaqdan qurtularaq, çoxşaxəli diplomatik münasibətlər qurmağa üstünlük verir. Bu sıraya Aİ və ABŞ ilə münasibətləri genişləndirmək, digər dövlətlərlə əlaqələri inkişaf etdirmək, regional əməkdaşlıq formatlarında iştirakçıya çevrilmək və paralel olaraq da Rusiyanın illərlə təklif etdiyi üstünlüklərdən faydalanmaq daxildir. Bütün bunların öhdəsindən yeni hökumətin necə gələcəyini zaman göstərəcək.


Amma vurğulamaq lazımdır ki, Paşinyan hökumətinin xarici siyasətinin ən həssas və taleyüklü məsələsi Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Seçkiöncəsi sülh sazişinin imzalanması prioritet kimi təqdim edildiyi üçün artıq əməli addımlara keçilməyin vaxtı çatdığını yeni komanda anlayır. Bunun üçün isə Konstitusiyada dəyişikliyin reallaşması vacib şərtdir. Ermənistan Konstitusiyasının preambulasında yer alan və 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar Azərbaycanda ölkəyə qarşı ərazi iddialarının hüquqi əsasının qorunub saxlanılması kimi dəyərləndirilir. Məhz buna görə də Paşinyan hökuməti seçkilərdən sonra bu məsələni daha açıq şəkildə ictimai müzakirəyə çıxarmağa başlayıb və yeni konstitusiya layihəsinin hazırlanmasının dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olduğunu vurğulayır. Bu proses üçün isə əvvəlcə yeni layihə hazırlanmalı, parlamentdə təsdiqlənməli və nəhayət, referenduma çıxarılmalıdır. Revanşist qüvvələr və kilsənin bu prosesə qarşı çıxacağı, milli maraqlardan geri çəkilmə kimi cəmiyyətə sırıyacağı artıq indidən müşahidə edilir. Amma söyləmək lazımdır ki, konstitusiya dəyişikliyinin vaxtının uzadılması Ermənistan xarici siyasətinə mənfi təsir göstərməklə yanaşı, Azərbaycanın səbr kasasının daşması ilə də nəticələnə bilər və Paşinyan komandası bu faktı gözəl anlayır. Eyni zamanda yeni hökumət bilir ki, referendumun uğurlu nəticəsi, İrəvanın regionda yeni hüquqi-siyasi reallığı qəbul etdiyini nümayiş etdirən ən mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Əks halda, prosesin uzanması və ya referendumun uğursuz nəticələnməsi həm Azərbaycanla yekun sülh sazişinin imzalanmasını gecikdirə, həm də Paşinyanın üçüncü hökumətinin siyasi legitimliyi və islahat gündəliyi üzərində əlavə təzyiq yarada bilər.

İrəvanın yeni dövrdə xarici siyasətinin digər mühüm istiqaməti də Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır ki, bu da Azərbaycanla sülh müqaviləsinin imzalanmasından birbaşa asılıdır. Paşinyan komandası anlayır ki, regional layihələrdə iştirak etmək, Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geoiqtisadi mühitdə təmsil olunmaq üçün həm Konstitusiya islahatına getməli, həm də Ankara ilə münasibətləri normallaşdırmaq vacib şərtdir. Xarici siyasətin digər istiqaməti Rusiya ilə bağlıdır ki, İrəvanın Moskva ilə münasibətləri əvvəlki strateji müttəfiqlik modelindən fərqli mərhələyə qədəm qoyub. Paralel olaraq Qərb institutları ilə əməkdaşlığı genişləndirən Paşinyan Kreml ilə münasibətləri tam qoparmadan yeni balans yaratmağa çalışır ki, onun Putinlə son telefon danışığı, Moskvaya səfər edərək, Rusiya lideri ilə görüşmək istəyi bundan xəbər verir.

Yekun olaraq, deyə bilərik ki, Ermənistanda 2026-cı il iyun seçkilərindən sonra formalaşan yeni hökumət ölkənin gələcək inkişaf mərhələsini müəyyənləşdirəcək yeni siyasi hakimiyyətdir. Üçüncü dəfə mandat qazanan Paşinyanı bu dəfə mürəkkəb daxili və xarici siyasət kursu gözləyir. Bir tərəfdən konstitusiya islahatları, mümkün referendum, müxalifətin və Ermənistan Apostol Kilsəsinin müqaviməti, digər tərəfdən isə Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə normallaşma, Rusiya-Qərb rəqabəti və regionda dəyişən geosiyasi balans yeni hökumətin fəaliyyətini müəyyən edəcək əsas amillər olacaq. Eyni zamanda yaxın müddət ərzində yeni hökumətin atacağı addımlar da hansı geosiyasi istiqamətə üstünlük verəcəyinə aydınlıq gətirəcək. Əgər konstitusiya dəyişikliyi həyata keçirilib Azərbaycanla sülh müqaviləsi imzalansa və Türkiyə ilə münasibətlər normallaşsa, Ermənistan regional əməkdaşlıq və layihələrdə iştirak edərək, gələcək inkişafına təminat verə biləcək. Eyni zamanda Rusiya və Qərb arasında da balansı qorumaq vacib şərtlərdən biri olacaq. Əks halda daxili siyasi qarşıdurmalar, müxalifət və Kilsənin təzyiqləri, xarici siyasət balansının pozulması və özünütəcrid siyasətinin davam etməsi Ermənistanı məhvə doğru sürükləyə bilər...(Report)

Son xəbərlər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31