Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə Azərbaycan Milli QHT Forumunda anım tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin keçdiyi şərəfli ömür yolundan, Vətənə sonsuz sevgisindən və döyüşlərdə göstərdiyi igidlikdən bəhs edib. Bildirib ki, torpaqlarımızın azadlığı, dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsinin daim yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur.

Sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən şəhidin anası, qazi Sevil Hüseynova oğlunun həyat yolundan danışaraq bildirib ki, Zaur ailənin yeganə oğlu olsa da, Vətən sevgisini hər şeydən üstün tutaraq müqəddəs şəhidlik zirvəsinə ucalıb. O qeyd edib ki, övlad itkisi hər bir ana üçün ağır olsa da, oğlunun Vətən uğrunda canından keçməsi ona böyük qürur verir. Sevil ana çıxışını "Allah Vətənimizi qorusun, bir daha heç bir ana övlad acısı yaşamasın. Qoy övladlarımız sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Vətən sağ olsun!" sözləri ilə yekunlaşdırıb.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının şərəf salnaməsidir. O vurğulayıb ki, qəhrəman oğullarımızın həyat yolu daim öyrənilməli, onların əziz xatirəsi yaşadılmalı və gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.
Tədbirdə çıxış edən şəhid Zaur İsmayılzadənin bacısı Xavər Nizami qızı , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Xətai rayonu üzrə kuratoru Nuru İmanov, Komitənin əməkdaşı Rəşadət Hidayətoğlu, Əbədi Turan Kitab Fondunun rəhbəri, filologiya elmləri doktoru Esmira Fuad, yazıçı Aqşin Ağkəmərli və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin üzvü Tərxanım Musayibqızı şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlığın xalqımızın milli-mənəvi dəyərlərinin, vətənpərvərlik ruhunun və milli birliyinin ən ali təcəssümü olduğunu vurğulayıblar. Natiqlər şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların keçdiyi şərəfli ömür və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirərək, şəhid Zaur İsmayılzadənin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbiri çərçivəsində şəhid Zaur İsmayılzadənin həyat və döyüş yolunu əks etdirən xüsusi xatirə guşəsi də təşkil olunub. Guşədə şəhidin müxtəlif dövrlərdə çəkilmiş fotoları, təltif olunduğu medal və ordenlər, eləcə də şəxsi əşyaları nümayiş etdirilib. Guşə tədbir iştirakçılarında böyük maraq doğurub, şəhidimizin ömür yolu və qəhrəmanlığına dərin ehtiramın ifadəsinə çevrilib.
Daha sonra şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər, media nümayəndələri və gənclər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın heç zaman unudulmayacağını, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirərək şəhid Zaur İsmayılzadənin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin Mətbuat Xidməti








Son xəbərlər

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031