Uşaqları ilə səmimi və yaxın münasibət quran valideynləri digərlərindən fərqləndirən beş əsas davranış var.

Uşağa sevgini yalnız sözlərlə deyil, gündəlik münasibət və davranışlarla da göstərmək mümkündür. Sadə ailə qaydaları dərin etimad yaratmağa, uşağı stress və psixoloji gərginlikdən qorumağa kömək edir. Sertifikatlı həyat kouçu Mitzi Bokmann bildirib ki, bütün valideynlər uşaqlarını sevir və doğulduqları gündən onları qorumağa, yaxşı həyat təmin etməyə çalışırlar. Lakin gündəlik qayğılar və şəxsi həyat təcrübəsi bəzən düzgün davranmağa mane olur. Bununla belə, uşağın valideyninə daha yaxın hiss etməsinə kömək edən sadə addımlar var.

Uşaqlarını diqqətlə dinləyirlər

Belə valideynlər uşaqlarının danışdıqlarına həqiqətən qulaq asırlar. Müəllif xatırladıb ki, övladları böyüyəndə onların dostları tez-tez evlərinə toplaşırdılar. Əvvəlcə bunun hazırladığı şirniyyatlarla bağlı olduğunu düşünsə də, sonradan uşaqların həmin evdə özlərini dinlənilmiş hiss etdikləri üçün gəldiklərini anlayıb.

Uşaqlar çox danışa və bəzən əhəmiyyətsiz görünən mövzulardan söz aça bilərlər. Lakin diqqətlə qulaq asmayan valideyn onların dediyi mühüm bir detalı gözdən qaçıra bilər.

Onlara uşaq kimi yaşamağa imkan verirlər

Müasir uşaqların gündəlik rejimi bəzən həddindən artıq dolu olur. Daimi nəzarət və çoxsaylı məşğələlər onların narahat böyüməsinə səbəb ola bilər. Sərbəst hərəkət etmək, palçığa bulaşmaq, velosipedlə dostunun yanına getmək, hətta yıxılıb dizini yaralamaq uşağın müstəqillik və özünəinam qazanmasına kömək edir.

Çətin anlarda yetkin davranırlar

Uşaq kobudluq etdikdə və ya çətin davranış nümayiş etdirdikdə valideynin də eyni şəkildə cavab verməsi düzgün deyil. Belə vəziyyətlərdə sakitliyi qorumaq, anlayış göstərmək və uşağın davranışını şəxsi hücum kimi qəbul etməmək vacibdir. Bəzən sərt cavab əvəzinə sadəcə qucaqlamaq daha təsirli olur.

Uşaqlarının arzularını dəstəkləyirlər

Bokmann universiteti bitirdikdən sonra gələcəklə bağlı böyük planlarını atası ilə bölüşdüyünü bildirib. Atası isə ona belə cavab verib:

“Düşünürəm ki, çox adi bir həyatın olacaq”.

Aradan 35 il keçməsinə baxmayaraq, həmin sözlər hələ də onun yaddaşından silinməyib və özünəinamına mənfi təsir göstərir. Valideynin bir cümləsi uşağın arzularını gücləndirə də, uzun illər ərzində özünə inamını sarsıda da bilər. Buna görə uşaqların xəyallarını kiçiltmək əvəzinə onları dəstəkləmək daha doğru yanaşmadır.

Uşağı həyatlarının əsas prioritetlərindən birinə çevirirlər

Uşaq bilməlidir ki, çətin və təhlükəli anlarda onun yanında dayanacaq bir insan var. Valideynin verdiyi təhlükəsizlik hissi uşağın emosional inkişafına, özünəinamına və gələcək münasibətlərinə ciddi təsir edir. Uşaq sevilib qorunduğunu yalnız eşitməməli, bunu gündəlik həyatda da hiss etməlidir.

Son xəbərlər

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930