Boşanma prosesi uşaqların emosional vəziyyətinə və psixoloji inkişafına təsir göstərən həssas mövzulardan biri hesab olunur. Bu mərhələdə valideynlərin uşağa vəziyyəti düzgün şəkildə izah etməsi və onu ailədaxili gərginlikdən uzaq tutması xüsusi əhəmiyyət daşıyır. Uşağın özünü təqsirkar hiss etməməsi və hər iki valideynin dəstəyini hiss etməsi vacib məqamlardan sayılır. Bəs boşanma xəbəri uşağa necə çatdırılmalıdır ki, bu proses onun üçün daha sağlam keçsin? Valideynlər bu prosesdə hansı davranışlardan çəkinməlidir? Uşağın emosional vəziyyətini qorumaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, boşanma uşaqların psixologiyasına necə təsir göstərir?

Mövzu ilə bağlı açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, boşanma uşağın həyatında ciddi dəyişiklik yaradan hadisələrdən biridir. Amma psixoloji baxımdan uşağa ən çox zərər verən məhz boşanmanın özü deyil, bu prosesin necə idarə olunmasıdır.

Onun sözlərinə görə, davamlı mübahisələr, aqressiya, qarşılıqlı ittihamlar və uşağın münaqişənin içinə çəkilməsi onun psixoloji sağlamlığına daha ağır təsir göstərə bilər:

“Boşanma xəbəri uşağa sakit, təhlükəsiz mühitdə və mümkün qədər hər iki valideyn tərəfindən birlikdə izah edilməlidir. Uşağa yaşına uyğun, sadə dillə bildirilməlidir ki, bu qərar valideynlər arasındakı münasibətlə bağlıdır və onun heç bir günahı yoxdur. Uşaq bilməlidir ki, valideynləri artıq birlikdə yaşamayacaqlar, amma hər ikisi onu əvvəlki kimi sevəcək və qayğı göstərəcək. Valideynlər bu prosesdə uşağı tərəf seçməyə məcbur etməməli, digər valideyni onun yanında günahlandırmamalı və uşağı vasitəçi kimi istifadə etməməlidirlər. “Atan bizi qoyub getdi”, “Anana görə ailəmiz dağıldı” kimi ifadələr uşağın emosional yükünü artırır və onda günahkarlıq, qəzəb və daxili konflikt yarada bilər”.

Psixoloq qeyd edib ki, boşanmadan sonra uşaqlarda kədər, narahatlıq, ayrılıq qorxusu, özünəqapanma, aqressiya, dərsə marağın azalması və ya davranış dəyişiklikləri müşahidə oluna bilər:

“Kiçik yaşlı uşaqlar bəzən valideynlərin yenidən barışacağını gözləyirlər, yeniyetmələr isə hisslərini daha çox aqressiya və ya susqunluqla ifadə edə bilirlər. Uşağın emosional vəziyyətini qorumaq üçün onun gündəlik həyatında mümkün qədər sabitlik saxlanılmalıdır. Məktəb həyatı, dostları, gündəlik rejimi və hər iki valideynlə münasibəti imkan daxilində davam etməlidir. Valideynlər uşağın hisslərini kiçiltmədən dinləməli, ağlamasına, kədərlənməsinə və sual verməsinə imkan yaratmalıdırlar. Əgər boşanmadan sonra uşaqda uzun müddət davam edən depressiv əlamətlər, güclü narahatlıq, yuxu və davranış pozuntuları, məktəbə uyğunlaşmada ciddi çətinliklər müşahidə olunursa, psixoloq dəstəyi almaq faydalı olar. Unutmaq olmaz ki, uşaq üçün ən vacib ehtiyac valideynlərinin birlikdə yaşaması deyil, özünü təhlükəsiz, sevildiyini və dəyərli hiss etməsidir. Valideynlər ayrılıqdan sonra da əməkdaşlıq edə və övladlarının emosional ehtiyaclarını ön planda tuta bilirlərsə, uşaq bu çətin dövrü daha sağlam şəkildə geridə qoya bilir”.

Son xəbərlər

İran ABŞ bazalarını atəşə tutdu

DÇ tarixində ilkə imza atdı

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

"Dələduzluq halları azalacaq" - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?

Qətərin keçmiş əmiri vəfat etdi

Bu gün imtahan var

Faktiki hava açıqlandı

RƏQƏMLƏRİN DİLİNİ ANLAYAN İNSAN - FOTOLAR

Olmalıydın, olmadın... (Hekayə)

Bu ölkədə insanlar aclıqdan həyatlarını itirirlər

Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar - FOTOLAR

Şəhla Xəlilqızı. : NƏYİMƏ GƏRƏKDİR - FOTO

44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələkbərov Niyaməddin İsrafil oğlunun 12 iyul mövlud günüdü - FOTO

Gənc aktyorun ürəyi dayandı

Hacı Kərimov Avropa çempionu oldu

"Aİ Finlandiyanı Rusiya ilə müharibəyə sürükləyir"

QƏLƏMİ VƏ ŞƏXSİYYƏTİ İLƏ SEÇİLƏN ZİYALI – MÜŞFİQ BORÇALI.

Şirvanın Sabir nəfəsli şairi

Tovuz döyüşlərindən 6 il ötür

Ana-bala birlikdə məzun oldu - Foto

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Bir ildə 22 kilo arıqladı - Fotolar

Son istifadə tarixi və... Qida etiketləri arasında fərq nədir?

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!- VİDEO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031