Turaztv.az » Xəbərlər » Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib
Xəbərlər

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

26.08.2026, 01:52 2
Məşhur amerikalı kantri-müğənni Dolli Parton 80 yaşında dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Əfsanəvi ulduz Dolli Parton müğənni, aktrisa, bəstəkar və prodüser idi. O, “Jolene”, “Coat of Many Colors”, “9 to 5” və “I Will Always Love You” kimi məşhur mahnıların müəllifi və ifaçısıdır. “I Will Always Love You” mahnısı xüsusilə Uitni Hyustonun 1992-ci ildəki ifası ilə dünya miqyasında böyük uğur qazanıb.

Karyerası ərzində 100-dən çox albom buraxıb. 2014-cü ildə onun dünya üzrə musiqi satışlarının 100 milyon nüsxəni keçdiyi açıqlanıb.

Oxşar xəbərlər