Xəbərlər
25.08.2026, 22:07
Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?
Bizə ömür verilir. Bu ömrün həyat səhifələri bizə öyrədilənlər, öyrənə bildiklərimiz, ağlımız və bacarıqlarımızla yazılır.
Tale, qismət deyilənlər necə? Buna inam bizə nə verir? Həyatımıza nə kimi təsir göstərir?
Məncə buna inamlar sual altındadır, xəyalidir.
Həyatımız çox zaman bacarıqlarımızdan, etdiklərimizdən asılı olmaya bilər.
Bizi yaşada bilən ağıl, dərrakə, şükürdür, səbrdir, əməkdir, işdir, inamdır və qəlbimizin hərarətidir, sevgidir.
Bütün bunlara sahib olmaq, bacarmaq həyatın amansızlıqlarına çəpər çəkir.
İnamsızlıq, ümidsiz, səbirsiz, ağılsız, fəaliyyətsiz yaşamaq həyatı cəhənnəmə döndərir. Qəlblər soyuqdan buz bağlayır.
Bu insanlara psixoloqlar da çox vaxt kömək edə bilmir.
Öz qurduğumuz həyatla mı yaşayırıq?
Bəli, buna inanaq. Sahib olduqlarımızın ehtişamını görək.
Pislik və yaxşılıqlarla dolu imtahan dünyasında yerimizi bəlli edək, özümüzü olduğumuz kimi görə bilək, mübarizəmizi də əksiltməyək.
Bizi yaşadan həyatın qurucusu olmaq səlahiyyətindən də kənarda qalmayaq.
Hər gün nə isə öyrənək, bildiklərimizi paylaşaq, həyata keçirək.
Bəli, həyat bizik, ətrafımızdır, etdiklərimizdir.
Bacarıqlarımızın iltihabı bayramlara çevrilir.
Bayramlarımız çox olsun, pisliklərə sinə gərsin.
Çətin günlər hər zaman olacaq. Bunu dərd etməyək, təsəlli ünvanını düz seçək.
Boş durmayaq, xəyala qapılmayaq.
Oxuyaq, öyrənək, işləyək, əylənək.
Həyatımız bu olsun, bu olmalıdır məncə.
Çətinlikləri imtahan kimi görək.
Xoş günü olmayan kimsə olmur. Şükür etməyi bacarmayanlar olur.
Bircə kəlmə xoş sözün, bir tikə çörəyin belə şükürünü bilməyənlər daha ağır əziyyətlər qarşısında qalır.
Milyonları olanların dərdlərini görək.
Gözəl həyat pulla qurulmur, gözəl qəlblərin hərarəti ilə qurulur.
Gələcək görünmür, bilinmir, xəyal edilir, planlaşdırılır.
Sonumuz isə birdir.
Onun da vaxtı bilinməsə də, yalnız əməllərimizlə köçəcəyimizə inam yaşayır.
Əməllərimiz özümüzə qurduğumuz həyatda bizə dəstək olanlara və yardıma ehtiyacı olanlara düzgün münasibətlə qovuşsun.
Düzgünlüyün dərkinə də qurduğumuz həyatın bizə yaşatdıqları yol açır.
Bu yol hər zaman işıqlı olsun, təmiz olsun, çıxurlara düşməyək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay