Qələm müqəddəs, söz isə dəyərdir. Qələmin yad və nalayiq əllərdə olması, sözün isə nalayiq kəslərə verilməsi bu günümüz və gələcəyimiz üçün danılmaz təhlükədir. Etiraf etmək lazımdır ki, bu gün müqəddəs sayılan qələm və eləcə də söz haqqı bəzən nalayiq adamların ixtiyarındadır.
Bu gün Odlar Yurdu Azərbaycanımızda ədəbiyyat sahəsində olanlar müxtəlif ədəbi birliklərin üzvü olaraq tanınırlar. Lakin təəsüflər olsun ki, qələm əhli olaraq müxtəlif ədəbi birliklərin üzvülük vəsiqəsini daşıyanlardan insanı təəccübləndirəcək səviyyədə olan bir qismi öz mənfi və qeyri-etik davranışları ilə ədəbiyyat adını aşağılayır, eyni halda mənsub olduqları ədəbi birliyin adına ləkə gətirirlər. Bunun da bir səbəbi tərbiyə məsələsidirsə, digər səbəbi əsasən nevroloji və psixoloji xəstəliklərdən ibarətdir...

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün onların arasında olduqca ciddi və kompleks ruhi xəstəlik və psixi pozuntu növlərindən sayılan şizofreniya (reallığı qiymətləndirmə bacarığının itirilməsi), narsistlik (şəxsiyyət pozuntusu, özünə həddindən artıq heyranlıq duyulması), sadizm (başqasına acı verməkdən həzz alma) və s. bu kimi müxtəlif nevroloji və psixoloji xəstəliklərdən əziyyət çəkənlər heç də az deyil. Bunu sübut etməyə lüzum yoxdur. Çünki ölkənin ədəbi mühitinə diqqətlə baxdıqda, bunun çoxsaylı, həm də acı nümunələrini müşahidə etmək mümkündür. Əslində isə heç uzağa getməyə da ehtiyac yoxdur. Bunun üçün "Facebook", "Tik-tok", "İnstagram" və "Youtube" kimi sosial şəbəkələrdə özünü "şair", "yazıçı", "ədəbi tənqidçi" və ya "bədii qiraətçi" kimi təqdim edib min bir oyundan çıxan, insana utanc hissi gətirən, böyük-kiçik saymayan, həmçinin, ətrafa nifrət, tərbiyəsizlik və ədəbsizliyi püskürən "qələm sahibləri"ni görmək kafidir. Bəziləri də özünü bəzi "şou-biznes" nümayəndələri kimi gündəmdə qalmaq hədəfi ilə yalnız kimlərləsə qalmaqal yaşamaq, ətürpədici və ürəkbulandırıcı "fotosessiyalar"la gündəmdə qalmağa can atırlar. Heç şübhəsiz, bütün bunlar çağdaş Azərbaycan ədəbi mühitinin acı dərdlərindən sayılır.
Bu qəbil psixoloji və nevroloji xəstəliklər nəticəsində tez-tez sosial şəbəkələrdə tənqid adı altında ağır təhqirlərin şahidi oluruq. Nadanlıq isə digər tərəfdən baş alıb gedir. Sözün həqiqi mənasında hər növ təhqiri "tənqid", Qanun qarşısında məsuliyyət xatırlatmasını isə "təhdid" kimi təsəvvür edən əli qələmli və özünü ali savadlı, ziyalı kimi təsəvvür edən cahillərimiz də var...
Mən fürsətdən istifadə edib, bu problemin əsaslı şəkildə həlli üçün üç təkliflə çıxış etmək istəyirəm:
1. Hər hansı bir ədəbi birliyin üzvülüyünə qəbul üçün lazım olan sənədlər arasında həm də namizədlərdən psixoloji və nevroloji baxımdan sağlamlıq haqqında ayayış tələb edilsin...
2. Namizədlərdən tələb olunan "zəmanət məktubu" xüsusi sifariş, dostluq, qonaqlıq və "şirinlik"lə, eyni halda şablon formada imzalanmış kağızlarla deyil, daha etibarlı, həm də qarşı tərəfin cəmiyyət arasında formalaşmış mədəniyyəti, tərbiyəsi və eləcə də bədii yaradıcılıq qabiliyyətini bəyan edən formada olsun...
3. Ədəbi birliklərin nizamnaməsi və idarəçilik sistemində "Nəzarət şurası" və ya "Etika şurası" adları altında birliyə üzv olanların davranışlarına nəzarət mexanizmi təsis edilsin və beləliklə də ədəbiyyat və qələm adına ləkə gətirənlərlə müxtəlif (xəbərdarlıq cərimə və üzvülükdən qovulma kimi) mərhələlər əsasında davranılsın və beləliklə də kimsə özünü toxunulmaz saymasın...
Qələmi müqəddəs, ədəbiyyatı isə ədəb-ərkan və etika vadisi sayan bütün əziz, ziyalı və dəyərli qələm əhlinə dərin sayğılarımla!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü,
Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
15.09.2026

Son xəbərlər

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Polis Akademiyasında andiçmə mərasimi olub

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNİN DƏRDİ...

Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930