Xəbərlər
15.09.2026, 22:52
Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO
Qədiməli Əhməd:Bu ad,bu imza milyonlarla insana tanışdır.Həm şair kimi,həm də yetişdirdiyi yüzlərlə şagirdin müəllimi kimi.Mənim də uşaqlıq dostum,qohumum idi.Sədaqətli dostluğunu son günədək nümayiş elədi.O,şair-publisist,pedaqoq,YB-nin,JB-nin üzvü,Rəsul Rza mükafatı laureatı və10 kitab müəllifi idi.Qədiməli Əhmədin bu fani dünyanı tərk etməsi məni çoox sarsıtdı.Təsirləndim,kədərləndim.Ancaq Qədiməli Əhməd bir də olmayacaq.Bu dünya bizimçün bir "kirayə ev" kimidir.Getdi və əbədiyyətə qovuşdu.Ona görə də bütün doğmalarına,əzizlərinə,yaxınlarına dərin hüznlə başsağlığı verirəm.Başınız sağ olsun.Allah rəhmət eləsin.Məkanı cənnət olsun.
Xəstə olarkən yanına getmişdim.Mənə bir şeir göstərdi,bax,bu şeiri təzə yazmışam.Oxu,zəhmət olmasa.Oxudum,poetik duyğuların çox
zəngindir,qardaş.Həmin şeiri sizə təqdim edirəm.
Mən küləklə danışıram gecələr.
Mən küləklə danışıram gecələr,
Bu gecə də pəncərəmdə külək var.
Ay da üzür gözlərimin içində,
Ürəyimdə neçə arzu-dilək var.
Mən sükutla danışıram hər gecə,
Saçlarını sinəm üstə sər gecə.
Bir nənnidir bu yuxusuz pir gecə,
Yırğalanır,içində bir bələk var.
Tənhalıqdı ömrü çəkən sınağa,
Zaman saldı həsrət aldı duzağa.
Yaddaşımda quşlar uçub uzağa,
Göy üzündə yalqız uçan lələk var.
Bu gün kimi,dün kimidi ömrümüz,
Dünyaya sürgün kimidi ömrümüz.
Unutmayaq,gün kimidi ömrümüz,
Burda ömrü ələyən bir ələk var.
Xəstə olarkən yanına getmişdim.Mənə bir şeir göstərdi,bax,bu şeiri təzə yazmışam.Oxu,zəhmət olmasa.Oxudum,poetik duyğuların çox
zəngindir,qardaş.Həmin şeiri sizə təqdim edirəm.
Mən küləklə danışıram gecələr.
Mən küləklə danışıram gecələr,
Bu gecə də pəncərəmdə külək var.
Ay da üzür gözlərimin içində,
Ürəyimdə neçə arzu-dilək var.
Mən sükutla danışıram hər gecə,
Saçlarını sinəm üstə sər gecə.
Bir nənnidir bu yuxusuz pir gecə,
Yırğalanır,içində bir bələk var.
Tənhalıqdı ömrü çəkən sınağa,
Zaman saldı həsrət aldı duzağa.
Yaddaşımda quşlar uçub uzağa,
Göy üzündə yalqız uçan lələk var.
Bu gün kimi,dün kimidi ömrümüz,
Dünyaya sürgün kimidi ömrümüz.
Unutmayaq,gün kimidi ömrümüz,
Burda ömrü ələyən bir ələk var.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



