Böyük kişilərin böyük arzuları olur.

30 il sinəsində el-oba, yurd, Ağdam dərdi daşıyan Əkbər müəllimi nə illər, nə gözləri önündə şəhid olan can qardaşları – igid döyüşçüləri, nə də övlad itkisi sındıra bilmədi.
Gözlərində bir inam, bir Vətən eşqinin atəşini yaşatdı.
Bu gün də o qanlı-qadalı, o kədər dolu illərdən danışanda yaş dolu gözləri parıldayır.
Bu parıltını mən onun "Xatirələr yaşadır məni" kitabında yazdığı sətirlərdə duydum.
Misraları oxuduqca, bu insanın qələbəyə öz varlığı kimi inandığını, onu hava kimi, su kimi gözlədiyini duyuram.
Əkbər müəllim Qələbə üçün nə qədər sevinsə də, bir səngəri, bir döyüş postunu bölüşdüyü dostlarının, silahdaşlarının bu qələbə gününü görməməsinə də o qədər üzülür.
"Ürəyimdən keçənlər" epik poemasında kədərlə yazır:

O zamanlar mən deyərdim
qələbəyə sevinəcəm,
Şeir yazıb, dastan yazıb, Vətən, səni səsləyəcəm.
Deyəcəm ki, qalx ayağa ey vətəni azad görən,
Bir vaxt mənlə o səngərdə ağır döyüşlərə girən...

Bəli, insanı xatirələr yaşadır.
Əkbər müəllimin xatirələrində bu gün onlarla şəhidimiz də öz xatirə ömrünü yaşayır.
Kim bilir, bəlkə də Əkbər müəllimi yaşamağa, yazmağa çağıran da elə bu xatirələrdir.
Ona görə də Ağdam işğaldan azad olduğu gündən bəri Əkbər müəllim tez-tez Ağdama gedir, artıq dəyişən, tanınmaz olan yerlərdə dolaşır, salamat qalan ağaclardan, daşlardan yox olan şəhərin hansı yerində, hansı küçəsində olduğunu xatırlamağa çalışır!
Amma bir məkan var ki, o məkanı Əkbər müəllim gözüyumulu tapar.
Bu məkan Ağdam Şəhidlər xiyabanıdır.

Şəhid övladının, silahdaşlarının aşkar edilən məzarlarını ziyarət etməyə tələssə də, şəhidlərimizin adları yazılan böyük lövhənin önündə ayaq saxlayır, adları oxuyur, illərin arxasından keçib gələn o insanların surətini xatırlayır, minnətdarlıqla yad edib, rəhmət oxuyandan sonra yoluna davam edir...
Köhnə Ağdam Əkbər müəllimin xatirələrində hələ də yaşayır...

Bakı
19.07.2026

Son xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930