Raqif Nazimoğlu,
Şair-alim


Düşündürən əsər
“Şəhid kapitan” poeması Qəzənfər Məsimoğlunun yaradıcılığının pik həddidir

Duyğulu, hərarətli şair Qəzənfər Məsimoğlunun “Şəhid kapitan” poeması, bəlli olduğu kimi, Vətən müharibəsi zamanı Murovdağda torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Əkbər Bəylər oğlu Pənahovun əziz xatirəsinə həsr edilib...

Bu əsərdə məqsəd sadəcə, ali dəyərləri poetik diqtə etmək deyil, əslində, bir Vətən oğlunun torpağa olan güclü sevgisini oxuculara əxz etməkdir. Zənnimcə, müəllif bunu bacarıb...
Poema Allaha müraciətlə başlayır:
Ulu Tanrı, əllərimi açmışam,
Səcdəm Sənə, duam Sənə bağlıdı...

Allahdan xeyir-dua alıb yazacağı əsərə ekskurs etmək bir çoxları kimi, Qəzənfər Məsimoğlu üçün də düşünürəm, xarakterikdir. Belə halda əsər də, oradakı hadisə və proseslər də poetik fəhmə sığa bilir. Diqqət edək, müəllif görün Allahla ədəbi izdivacı necə qurur:
...Hüzurunda bir günahkar bəndəyəm,
Əməlimdə nə cinayət, nə qan var...

Yəni, müəllif Allahdan ona ədəbi güc verməsini istəyir, çünki sözün təsiri və işığı ilə Baş Obrazı haqqında layiqli bir əsər yaratmaq israrındadır. O, bu işi icra etməklə anlatmaq istəyir ki, Əkbər haqqında yazacağım əsər hər kəsin könül nəğməsidir, bu nəğmə uzun illər dillərdə-dodaqlarda gəzib-dolaşacaq...
Düşünürəm ki, müəllif istəyinə nail ola bilib...

Qəzənfər Məsimoğlunun Baş Obrazı Vətən sevdalı, hünərvər bir insandır - əbədi ölməzlik qazanmış bir şəhiddir. “Elə bir oğul ki, palıd kürəklidir, önündə yağılar diz çökdü, elə bir oğul ki, polad biləklidir, düşmənlər əlindən dad çəkdi...”.
Müəllifin poetik diqtəsindən bəlli olur ki, Əkbər 1990-cı ilin 12 avqustunda dünyaya göz açıb. Onun gəlişi ata-anasının gözlərinə həm hədsiz sevinc, həm də nə vaxtsa yaşanacaq acı bir niskil qondurub...
Körpəyə də “böyük olsun deyə, baş olsun deyə Əkbər adı verilib...
Bu, əslində, bir inancdır – bir elin-obanın həyata, sabaha doğru-dürüst baxışıdır. Maraqlıdır ki, belə hallar çox vaxt doğru çıxır...
Poemanı oxuduqca anlaşılır ki, Əkbərin atası Bəylər də cəsur döyüşçü olub, Birinci Qarabağ döyüşlərində əsl fədakarlıq, hünər və şücaət göstərib, düşmənin bağrını söküb... Bu, bizə belə düşünməyə əsas verir ki, igidlik də gendən, ilikdən-qandan gəlir.
Əkbərin Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlar bi deyil, iki deyil. Müəllif bu şücaəti ümumi fonda verir, Baş Obrazının Vətən qarşısındakı xidmətlərinə belə ayna tutur:
Gözünü oxşadı müdhiş ölümlər,
Saçını güllələr daradı, keçdi,
Soyuq səngərlərdə çəkdi zülümlər,
Neçə yol Əzrayıl aradı, keçdi.

Yəni, Əkbər Vətən olan sədaqətini səngərdə, düşmənlə üz-üzə sübut etdi. Bu ərəfələrdə ölüm dəfələrlə onu ağuşuna almaq israrında oldu və s.
Poemada bir maraqlı nüans da var: deməli, Əkbər hələ balaca ikən atasından xahiş edirmiş ki, ona da əsgər paltarı alsın. Arzuya baxın, Vətən sevgisinə baxın! İş elə gətirdi ki, Əkbərə əsgər paltarını atası almadı, Vətən özü Verdi…
Müəllif sadə, lakin şirin və ləngərli bir dillə Əkbərin oxuyub təhsilli insan, ya da orduda general olmaq istəyini oxucuya bəlli edir. Müəllif demiş, akademiya oxuduğu üçün dünən kursant idi, bu gün leytenant… Şəhid kimi isə hər kəsin arzularında bir general kimi yaşayır…
Ən əsası, bu igid Əkbərin, zabit Əkbərin, canında bir matəm dastanı vardı…
Hər dəfə də tapdağ altında ağı deyən yurdlarımıza xəyalən baxa-baxa deyirdi:
Səni daş-daş söküb dağıtdı yağı,
Oldun zərrə-zərrə talan, Qarabağ.
Otuz min yerindən yaradılar,
Otuz il işğalda qalan Qarabağ.

Amma bu niskil Əkbər və onun kimi qəhrəman oğulları çox göynədə bilmədi; onlar silaha sarılıb düşməni qanına qəltan etdilər, ağı deyən yorpaqlarımızın üzünə gün doğdu, üstündə üçrəngli bayrağımız dalğalandı.
Müəllif ərz edir ki, Əkbər cəsur komandir olub, şücaəti sarsılmaz bir zabit olub, bir sözlə, özü boyda sirr olub…
O, əsgərinə daim belə müraciət edib:
Sən Qorqud ozan oğlu,
Sən Salur Qazan oğlu,
Sən haqqı gəzən oğlu,
Bunu yada sal, əsgər.

Nəhayət, Vətən uğrunda canını fəda edən Əkbər itkin düşür, doqquz ay Murovda itkin kimi axtarılır, bir gün də cəsədi qarın altından tapılır.
Qəzənfər müəllim bu ağrılı anı görün necə təsvir edib:
..Murovda bayrağı qaldıran igid,
Murovdan bayrağa bükülü gəldi…

Lakin bu misralar oxucuda üzüntü, kədər hisləri yaratmır, əksinə, oxucuya Vətən uğrunda şəhid olmağın şərəfini, sevincini daddırır…
Bax, poeziya, sözü poetik fikrə söykək edə bilmək budur!
Mən Qəzənfər Məsimoğlunun “Şəhid kapitan” poemasını demək olar, birnəfəsə oxudum. Buradakı poetik təsirlər, hadisə və proseslərə ədəbi yanaşma tərzi məni qane etdi. Əmin oldum ki, Qəzənfər müəllim bu poemanı kiməsə xoş gəlmək üçün yazmayıb, əksinə, Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş bir qəhrəmana bu əsərlə bir abidə ucaldıb.
Buna da tam əminəm ki, oxucu – yetişən nəsil bu poemada öz obrazını axtaracaq, özünü şəhid – qəhrəman Əkbərə bənzədək, onu öz ömür yolu üçün bir örnək hesab edəcək.
Əslində, Qəzənfər Məsimoğlunun qazancı elə budur…
Səmim deyim ki, poema uzun-uzadı söz demək xatirinə deyil, Vətəni bir daha insana sevdirmək xatirinə yazılıb.
Mən poema haqqında bilərəkdən oxucuda tam təsəvvür yaratmadım, istədim ki, oxucu bu əsəri oxusun, orada özünü görsün, Vətən nədir, torpaq hansı anlamda müqəddəsdir və s. bir daha əxz etsin.

Son xəbərlər

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031