Turaztv.az » Xəbərlər » ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO
Xəbərlər

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

29.04.2026, 10:57 165
YAĞIŞ

Kirimir, ağlağan uşağa dönüb,
Əlləri üzündə qaşığa dönüb,
Sinəsi nəğməli aşığa dönüb,
Çalır buludların qəmini yağış.

Ələnir təbimin çiyinlərinə,
Bələnir sətrimin əyinlərinə,
Uçurub göylərin ənginliyinə,
Tutubdu ruhumun dəmini yağış.

Nə "do"da, nə "mi"də kökləyə bilmir,
Elə pəjmürdədi gözləri gülmür,
Əlləri "dolu"du gözünü silmir,
Yağır yağmadığın cəmini yağış.


Oxşar xəbərlər