Xəbərlər
5.04.2026, 08:53
Vaqif Vüqar : Bu mənim özüməm, o sənin özün...- FOTO
Bu dunya qurduğu bir tamaşada
Quzum,oyunçuyuq hərəmiz bir cür.
Hər gün karvan-karvan başımız üstən
Dərviş libasında buludlar köçür.
Sevgimiz dərilən bir meyvəli bağ,
Fəsillər kimiyik doğulub, ölən.
Tanrının verdiyi ömürdü, gündü
Bir gözü ağlayıb,bir gözü gülən.
Sular öz səmtinə axır durmadan,
Əsir üzümüzə yel axın-axın.
Qaya parçasıdır sınmış nə vaxtsa
Tutub ətəyindən fikrə daldığım.
Köhnə nağıllardır oxuduğumuz,
Göyün yaxasına sözləri düzdüm.
Haqqın dərgahına dəyib, qayıdan
Bu mənim özüməm,
o sənin özün...
Quzum,oyunçuyuq hərəmiz bir cür.
Hər gün karvan-karvan başımız üstən
Dərviş libasında buludlar köçür.
Sevgimiz dərilən bir meyvəli bağ,
Fəsillər kimiyik doğulub, ölən.
Tanrının verdiyi ömürdü, gündü
Bir gözü ağlayıb,bir gözü gülən.
Sular öz səmtinə axır durmadan,
Əsir üzümüzə yel axın-axın.
Qaya parçasıdır sınmış nə vaxtsa
Tutub ətəyindən fikrə daldığım.
Köhnə nağıllardır oxuduğumuz,
Göyün yaxasına sözləri düzdüm.
Haqqın dərgahına dəyib, qayıdan
Bu mənim özüməm,
o sənin özün...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















