Turaztv.az » Xəbərlər » Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi
Xəbərlər

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

24.08.2026, 13:45 1
Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma davam etdirilir.

Oxşar xəbərlər