Xəbərlər
24.08.2026, 13:11
KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?
Elxas Comərd,
AYB-nin üzvü
KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?
Ekrana çıxarıb məlum bir qınaq,
O,“bişmiş toyuq” da çəkir qaqqanağ.
Əzilib-büzülüb, salıb hıqqanağ,
Niyə danışmırsan, dürüst və doğru?
Kimi aldadırsan, ay zalım oğlu?!
Bütün yalanların başı həqiqət,
Doğru de, özünə vermə əziyyət.
Gör nə günə düşüb, yazıq cəmiyyət,
Bizi mi sanırsan qoyun, ya toğlu?
Kimi aldadırsan, ay zalım oğlu?!
Bu cür yalanlarla hara gedirik?
Billəm, düşünürsüz, kara yetirik.
Vallah, üzüqara gora gedirik,
Orda aparacaq hamımızla sorğu —
Kimi aldadırsan, ay zalım oğlu?!
Ey, yetər, bəsdir sən, haqqa gəl, haqqa,
Bu cür yalanlarla çıxarma hoqqa.
Bir gün Xuda vurar kürəyinə toqqa,
Onda çatmayacaq dadına doğru —
Kimi aldadırsan, ay zalım oğlu?!
Yalan olan yerdə çox olar oğru,
Araya qoyulub lağ edilər doğru.
Sonra peşman olub, çəkəndə ağrı,
Artıq gec olacaq, qəbul et, doğru!
Kimi aldadırsan, ay zalım oğlu?!
Kimi aldadırsan, ay zalım oğlu?!
AYB-nin üzvü
Məlum göstərişlə televiziya ekranlarına çıxıb utanmadan, yalanları xalq uğur, nailiyyət kimi sırıyanları görəndən sonra...
KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?
Ekrana çıxarıb məlum bir qınaq,
O,“bişmiş toyuq” da çəkir qaqqanağ.
Əzilib-büzülüb, salıb hıqqanağ,
Niyə danışmırsan, dürüst və doğru?
Kimi aldadırsan, ay zalım oğlu?!
Bütün yalanların başı həqiqət,
Doğru de, özünə vermə əziyyət.
Gör nə günə düşüb, yazıq cəmiyyət,
Bizi mi sanırsan qoyun, ya toğlu?
Kimi aldadırsan, ay zalım oğlu?!
Bu cür yalanlarla hara gedirik?
Billəm, düşünürsüz, kara yetirik.
Vallah, üzüqara gora gedirik,
Orda aparacaq hamımızla sorğu —
Kimi aldadırsan, ay zalım oğlu?!
Ey, yetər, bəsdir sən, haqqa gəl, haqqa,
Bu cür yalanlarla çıxarma hoqqa.
Bir gün Xuda vurar kürəyinə toqqa,
Onda çatmayacaq dadına doğru —
Kimi aldadırsan, ay zalım oğlu?!
Yalan olan yerdə çox olar oğru,
Araya qoyulub lağ edilər doğru.
Sonra peşman olub, çəkəndə ağrı,
Artıq gec olacaq, qəbul et, doğru!
Kimi aldadırsan, ay zalım oğlu?!
Kimi aldadırsan, ay zalım oğlu?!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







